
İndiegogo platformasında çox maraqlı qulaqlıqlar layihəsi ortaya çıxıb.
Modius adlı qulaqlıqların yaradıcılarının sözlərinə əsasən bu qulaqlıqlar, iştah hissini yox etmək üçün beyinə siqnallar ötürür, bədəndəki yağı yandırır və metabolik hormonları aktivləşdirir. Modius, beyindəki hipotalamus adlı hissəyə nəzərat edir. Qeyd etmək lazımdır ki, beynin bu hissəsi, aclıq hissinə cavandehdir. İstehsalçıların məlumatlarına əsasən neyrostimullaşdırma vasitəsilə bu qulaqlıqlar sayəsində 16%-dək artıq yağı yandırmaq mümkün olacaq. Modius, qulaqlıqları olan və qulaqların arxa tərəfinə yerləşdirilən cihazdır. Bu cihaz, hipotalamusu aktivləşdirən zəif elektrik impulsları göndərir. Məlumata əsasən bu üsul ilə cihaz, beyni bir növ aldadır. Belə ki, beyin düşünür ki, siz aktiv zaman keçirdirsiniz. Siz isə əksinə oturmuş halda olursunuz. Sözügedən qulaqklıqların istehsalçıları söz verirlər ki, onun vasitəsilə maddələr mübadiləsinin sürətlənməsinə və pəhriz ilə idmanla məşğul olmadan 16% yağ yandırmağa nail olmaq mümkündür.
Galaxy S6 haqqında hər şey!
Modius, qulağın arxa hissəsində yerləşən xüsusi sinir bölməsini stimullaşdırmaq üçün zəif elektrik impulslarından istifadə edir. Beyin isə öz növbəsində həmin stimullaşdırma prosesini, fiziki aktivlik kimi qəbul edərək hipotalamusu, yağ yandırmağa məcbur edir. Bu cihaz, “Neurovalens” şirkəti tərəfindən yaradılıb və həftədə 3 saat çalışmaqla 16 həftə boyunca test edilib. Testdə iştirak etmiş insanların orqanizmlərində 8%-ə kimi yağın yox olması prosesi müşahidə olunub. Modius-u artıq indidən 299$-a İndiegogo-dan almaq mümkündür. Onun effektivliyinin olmadığı halda şirkət, alıcıdan əldə etdiyi vəsaiti ona yenidən qaytarmağa söz verir.
Şərh yoxdur