
İnsan beynində mikroplastik hissəciklərin miqdarı son illərdə 50% artıb
Elm & Texnologiya
06.02.2025
Emil
ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər. Bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər. Tədqiqatçılar mikroplastikin əsas mənbəyinin ət məhsulları ola biləcəyini düşünürlər. Hazırda dünyada plastik materialların istehsalı fasiləsiz şəkildə davam edir və yerli səviyyədə plastik torbaların və qablaşdırmaların qadağan edilməsi qlobal problemi həll etməyə kifayət etmir. Hazırda illik plastik material istehsalı 300 milyon tondan çoxdur, və təxminən 2.5 milyon ton plastik tullantı dünyanın okean sularında üzür.

Alimlər anlayırlar ki, mikro və nano-plastiklərin ətraf mühitdəki konsentrasiyası yalnız artacaq. Buna görə onlar bu hissəciklərin insan orqanizminə təsirini mütəmadi olaraq araşdırırlar. Yeni bir araşdırmada Nyu-Meksiko Universitetinin alimləri son 8 il ərzində insan beynindəki mikoplastik hissəciklərin miqdarının 50% artdığını müəyyən ediblər. Bu nəticəyə gəlmək üçün tədqiqatçılar lobus korteksindən (alın payı) götürülmüş 52 beyin nümunəsini analiz ediblər. Bu beyin bölgəsi qərar qəbuletmə, düşünmə, hərəkət və digər həyati funksiyalardan cavabdehdir. Araşdırma nəticəsində beyindəki mikoplastik hissəciklərin konsentrasiyasının qaraciyər və böyrəklərlə müqayisədə daha yüksək olduğu aşkar edilib.

Tədqiqat mikroskopik vizuallaşdırma və molekulyar analizlər vasitəsilə aparılıb, bunun sayəsində kimyəvi tərkib dəqiq müəyyən edilib. Ümumilikdə beyində 12 müxtəlif polimer, o cümlədən polietilen aşkar edilib. Tədqiqatın müəllifi Matthew Campen hesab edir ki, mikroplastikin əsas hissəsi insan orqanizminə qida, xüsusilə ət vasitəsilə daxil olur. "Ticarət məqsədilə ət istehsalı adətən plastik hissəciklərinin qida zəncirində cəmlənməsinə səbəb olur" - deyə Matthew bildirib. Araşdırma zamanı mağazalardan alınan ət məhsullarında yüksək miqdarda plastik aşkar edilib. Alimlər mikroplastikin orqanizmə uzunmüddətli təsirlərini öyrənməyə yeni başlayıblar. Məsələn, bir tədqiqat nəticəsində damar sistemində mikroplastikin olması insult, infarkt və ümumi ölüm riskini 5 dəfə artırdığı müəyyən edilib.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər
İnsanlar plastik materialları istehsal etməyə başladıqdan bəri 150 ildən çox vaxt keçib və bu müddət ərzində plastik materiallar planetimizi əhatə edərək əsas çirkləndiricilərdən birinə çevriliblər. Əvvəlki tədqiqatlar göstərib ki, çox kiçik plastik hissəciklər su, hava, torpaq və hətta canlı orqanizmlərin bədənlərində aşkar edilib.

Elm & Texnologiya
Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
Aparılmış son araşdırmalara əsasən atmosferdə olan mikroplastik hissəciklər havanı çirkləndirməklə yanaşı buludların formalaşmasına təkan verərək iqlimə və havaya təsir göstərirlər. Bu, havada mikroplastik hissəciklərin olması faktorunun iqlim şərtlərini necə dəyişməsi sualını ortaya çıxarır.

Elm & Texnologiya
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Tədqiqatçıların təqdim etmiş olduqları yeni hesabata əsasən insanlar bu il plastik tullantılar mövzusunda yeni rekorda imza atmağa hazırlaşırlar.

Elm & Texnologiya
Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
Son zamanlarda mikroplastik tullantılar barəsində olduqca tez-tez xəbərlər ortaya çıxır. Bunun isə ciddi və qorxuducu səbəbi var.

Elm & Texnologiya
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Hələ bir neçə müddət bundan öncə aparılmış araşdırma nəticəsində məlum olmuşdu ki, ölçüləri 5 mm-dən daha kiçik olan plastik hissəciklər (mikroplastik) insan beynində çoxlu miqdarda yığıla bilirlər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
