İnsan gələcəyini inanılmaz tərzdə əks etdirən transhumanizm cərəyanı və ya sadəcə bədii ədəbi fantastika

İnsan gələcəyini inanılmaz tərzdə əks etdirən transhumanizm cərəyanı və ya sadəcə bədii ədəbi fantastika

Texnologiya
08.10.2017 PAYLAŞIM

Bir neçə gün bundan öncə böyük ekranlara, bir vaxtlar rejissor Ridley Scott tərəfindən çəkilmiş məşhur “Blade Runner” filminin ikinci hissəsi çıxdı. Lakin filmdəki ideyalar, elmi-texniki tərəqqi dövrünün artıq yaxın gələcəkdə insanlığı, yeni təkamül səviyyəsinə qaldıra biləcək reallıq ilə üst-üstə düşür mü? Keçmiş dövrlərdən insan, öz imkanlarının sərhədini genişləndirməyi arzu edir.

Quş kimi uçmaq, balıq kimi suda üzmək, xəstəliksiz yaşamaq və nəhayət ölümsüzlüyə sahib olmaq. Reallıq isə çox qəddardır və insanlar, çox zaman faciəli vəziyyətlər altında öz həyatları uğrunda mübarizə aparırlar. Lakin məhz bu fakt, ona gətirib çıxarır ki, bizim arzularımız reallığa çevrilir.


Elmi-texniki tərəqqi və əla sosial təşkilat sayəsində müasir insan, qida zəncirinin zirvəsində öz yüksək yerini tutmuş və öz gündəlik həyatını maksimal dərəcədə təhlükəsiz etməyi bacarmışdır. Bununla belə, öz bioloji təbiətimizin məhdudiyyətlərini keyfiyyətli şəkildə keçmək üçün birbaşa üsul hələki yoxdur. Lakin bu hal həmişə belə olacaq?

Transhumanizm: İnsandan daha yüksək insan növünə.

Transhumanizm posthumanizm, dünyagörüşü konsepsiyasının qohum ideologiyalarıdır və onların perspektivləri, növbəti insan təkamülünə əsaslanır. Onlara əsasən gələcəkdə Homo Sapiens dövrünün yerini, bizim öz bədənimizə yeridilmiş çoxlu sayda məhdudiyyəti və problemi, elm və aparıcı texnologiyalar vasitəsilə həll edəcək yeni növ insanlıq tutacaq. Harda ki, təbii təkamül öz sərhədinə çatacaq, orda insanın öz idarəetməsində olacaq süni təkamül başlayacaq.

Transhumanizm, şüurun tətbiqi nailiyyətləri, ən əsas da qocalmanın texnologiyalar vasitəsilə aradan qaldırılması və insanın intellektual, fiziki və psixoloji potensialını təkmilləşdirərək insan vəziyyətinin fundamental yaxşılaşdırılması məqsədini özündə birləşdirən intellektual və mədəni hərəkatdır. Gələcək dövrün insanı, bizim bugün mənasını başa düşdüyümüz “insan” olmayacaq. Biologiya nöqteyi nəzərdən isə insanların özləri, bir növə mənsubiyyətini itirəcəklər. Bunun əsasında təbii ki, günümüzdə olan insanların təkamül proseslərinin dayanmadığını, onun yalnız bir budağına start verilməsi ideyası dayanır.

Öz məqsədlərinə çatmaq üçün transhumanistlərin istifadə etdikləri alətlər, özlərində genetik manipulyasiyanı, nanotexnologiyanı, kibernetikanı, formakoloji təkmilləşdirməni kompüter modelləşdirməni birləşdirir. Ən iddialı və mübahisəli transhumanizm ideyası, şüurun, virtual şəbəkəyə qoşulması konsepsiyasını təklif edir. Beləliklə insan, bioloji ölümdən sonra məlumat axını şəklində varolmağa davam edəcək.

Bu konsepsiyanı dəstəkləyən insanların sözlərinə görə, növbəti 10 illiklər ərzində hesablayıcı texnika və neyrotexnologiyalar sahəsindəki nailiyyətlər, kompüter daxilində çalışa biləcək individual beynin qismən və ya tam kopyasını yaratmaq imkanını verəcəklər. Amerikalı astronom John Jastrow, özünün “The Enchanted Loom” adlı kitabında bu cür gələcək haqqında fikirləşir:

“Nəhayət, kompüterə dustaq edilmiş insan beyni, ölümcül cism zəifliyindən azad oldu. O öz taleyini idarə edir. Silisiumdan hazırlanmış sarsılmaz qəfəsə yerləşdirilmiş və heç nədən saxlanılmayan. Bu cür həyat, sonsuz ola bilər” – deyə Jastrow, öz kitabında qeyd etmişdi.

Transhumanizmin mənşəyi:

Məşhur “Blade Runner” filmində rejissor Ridley Scott, yazıçı fantast Philip Dick-in Do Androids Dream of Electric Sheep kitabını əsas götürərək, kapitalizmə qalib gəlmiş Oruell dünyasında olan transhumanistik idealların əks olunduğu retrofuturistik gələcəyi yaratdı. Qeyd etmək lazımdır ki, transhumanizm və posthumanizm terminlərinin, bir neçə vaxt bundan öncə yarandıqlarına baxmayaraq, onların əsasında yerləşən ideyaların illərlə yaşı var. Faktiki olaraq bu ideallar, postmodernizm relyativizmini (relyativizm – insan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan) özündə daşıyan Maarifləndirici dövrə aiddir.

Bu anlayışlar, Maarifləndirici dövrdən, materialistik empirizm cərəyanına xarakter olan, insan həyatına baxış tərzini götürüblər. Hələ 1748-ci ildə həkim və filosof Julien Offray de La Mettrie tərəfindən yazılmış “L’Homme Machine” (İnsan-robot) əsəri çıxdı. O yazırdı ki, insan sadəcə olaraq heyvan və robotdur. Maarifləndirici dövrdən olmuş digər bir fransız filosofu Marquis de Condorcet, 1794-cü ildə yazmışdı ki, imkanların təkmilləşdirilməsi, sərhəd tanımır.

Transhumanistlərin hərəkatı isə 1980-ci ildə FM-2030 ləqəbli müəllifin əlyazmaları ilə başladı. Terminin özü isə transitional human sözündən qısaldılmışdı. Artıq 90-cı illərin əvvəllərində transhumanistik ideologiyaları dəstəkləyən bir çox qruplar yaranmışdı. Həmin qruplardan bir hissəsi isə sinqulyarlığa üstünlük verirdi. Sinqulyarlıq, yazıçı və fantast Vernor Vinge tərəfindən təklif olunmuş konsepsiyadır.

1993-cü ildə o, proqnoz etmişdi ki, elmi-texniki biliklərin, süni zəka sistemlərinin davamlı qarşılıqlı əlaqəsi ilə birlikdə eksponensial yüksəlməsi, daha yüksək şüurlu canlılara çevriləcək insanların, texniki cihazların və bütün sosial strukturların irimiqyaslı destabilizasiyasına və transformasiyasına gətirib çıxardacaq.

Sinqulyarlığın, transhumanistik konsepsiyalar sırasında ən ekstremal olmasına baxmayaraq, insanlığın, öz növbəti təkamül mərhələsini özü yaratması və beləliklə imkanlarının hətta bizə tanış olan bioloji təbiət vəziyyətinin itməsinə kimi genişləndirilməsi ideyası, biologiyadan tutmuş, astronomiyaya qədər müxtəlif sahələrin mütəxəssislərinin ağıllarını başlarından alır.

Yekun:

Nanotexnologiyalar, biotexnologiyalar, informasiya koqnitiv texnologiyalar, bir çox müxtəlif elm sahələrinin sintezidir və müəyyən mənada transhumanizmin təcəssümüdür. Bədii ədəbiyyat və kinematoqraf, gələcəyin təsvirini, bir qədər fantastik tərzdə əks etdirir. Lakin özü-özlüyündə istiqamətləndirilmiş təkamül konsepsiyası, uzun zamandır ki, fantastika olmaqdan çıxıb və bizi əhatə edən reallığa çevrilir. Təbii ki, bununla da insan yetinməyəcək. Ölümsüzlük sadəcə olaraq, fani cism məhdudiyyətlərindən azad olmuş və hər şeyi öyrənmək istəyən ağıla, kainatı öyrənməkdə davam etməyə və özünü, keyfiyyətli səviyyədə inkişaf etdirməyə imkan verən rahat bir alətdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×