Reklam
İnsana bənzər Ameca robotunun yeni realistik insani mimikaları sərgilənib (VİDEO)

İnsana bənzər Ameca robotunun yeni realistik insani mimikaları sərgilənib (VİDEO)

Texnologiya
22.08.2022 PAYLAŞIM

    Keçən il Britaniyanın Engineered Arts adlı şirkəti insana bənzər Ameca adlı robotu ilə məşhurlaşmışdı. Bu robotun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, insan mimikalarına maksimal dərəcədə bənzəyən mimikaları özündə birləşdirir. Bir neçə gün bundan öncə isə sözügedən robotun mühəndisləri onun yeni imkanlarını sərgiləyiblər. Robotun yeni imkanları arasında 12 növ yeni emosiya mövcuddur. Robotun sisteminə inteqrasiya edilmiş yeni emosiyalar arasında qəzəb, təqsir, panika və s. var. Öz saytında Engineered Arts şirkəti qeyd edib ki, Ameca robotu dünyanın insana bənzər ən təkmilləşdirilmiş robotudur. Belə ki, o, yarım dəqiqə ərzində çoxlu sayda emosiya sərgiləyə bilər. Hətta ən professional aktyorlar və aktrisalar da bu cür tapşırığın öhdəsindən çətinliklə gəlirlər. Sözügedən robot artıq çoxlu sayda tədbirdə iştirak edib. Məsələn bu ilin əvvəlində o, Las Veqasda keçirilmiş CES 2022 sərgisində sərgilənmişdi. Hal hazırda Ameca adlı robot süni zəka sisteminə sahib deyil. Robotun sərgilənmiş imkanları hələ ki, onun öncədən proqramlaşdırılmış sistemlərinin çalışmasıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google öz ilk smart saatı olan Pixel Watch-u təqdim edib - QİYMƏTİ

Google şirkəti Pixel 7 və Pixel 7 Pro smartfonları ilə yanaşı həmçinin öz ilk smart saatını da təqdi..


Redmi brendi öz ilk planşeti olan Redmi Pad-i təqdim edib - QİYMƏTİ

Redmi brendi Android vasitəsilə çalışan ilk planşet modelini təqdim edib. Təqdim edilmiş planşet Red..


Avropa Birliyi öz regionundakı elektron cihazların USB Type-C ilə təchiz olunmal..

2024-cü ilin sonuna kimi Avropa Birliyi regionundakı bütün elektron mobil cihazlar məcburi şəkildə U..


Google bütün düymələri bir sırada yerləşən uzunsov klaviatura hazırlayıb (VİDEO)..

Google şirkətinin Yaponiya şöbəsi sözün əsl mənasında qəribə cihaz təqdim edib. Söhbət, Gboard Bar a..


Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?..

Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imt..


Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib..

İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqils..

×