
İnsanlar 2033-cü ilə kimi internetsiz qala bilərlər
Elm & Texnologiya
23.07.2018
Emil
Medison Universitetinin alimləri xəbərdarlıq edirlər: Artıq 2033-cü ilə kimi
insanlar internetsiz qala bilərlər. Səbəb isə qlobal istiləşmə və dəniz səviyyəsinin
qalxmasıdır. Dəniz sahilinə yaxın yerləşən böyük şəhərlərin infrastrukturları
yaxın zaman ərzində su altında qalmaq riskindədirlər. Tədqiqatı aparmış şəxslər
ABŞ-dakı vəziyyəti analiz edərək Nyu-York. Mayami və Sietl haqqında danışıblar.
Lakin su səviyyəsinin qalxması administrativ sərhədlərə sahib deyil və bu
problem dənizə çıxışı olan bütün dövlətlərə təsir edəcək.

Güman olunurdu ki,
bizim bu problemə hazırlaşmağımız üçün 50 il vaxt var. Lakin bizim 50 il
vaxtımız əslində yoxdur. Yeni tədqiqat onu göstərir ki, qlobal problemlər daha
ciddi olacaq və onların ilk təsirlərini insanlar yaxın zaman ərzində hiss edəcəklər.
Təkcə ABŞ-da yaxın 15 il ərzində 6500 km internet kabelləri suyun altında qala
bilər. Məsələ burasındadır ki, 20-25 il bundan əvvəl quraşdırılmış internet
kabelləri heç də tam suya davamlı deyillər. Həmin vaxtda bu cür iqlim problemlərinin
olacağı gözlənilmədiyi üçün infrastruktur təhlükəsizliyi barəsində əlavə tədbirlər
görülməmişdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
