
İnsanlar bitcoin almaq üçün öz evlərini girov qoyaraq kredit götürməyə başlayıblar
Elm & Texnologiya
12.12.2017
Emil
Hal hazırda bitcoinin qiyməti 17.000$ civarındadır.
Bu cür inanılmaz göstəricilər və
həmin göstəricilərin yaratdıqları ajiotaj təsadüfi insanların maraqlarını bu
sahəyə yönləndirir. Həmin insanlar isə yavaş-yavaş ağıllarını itirirlər. Əgər
sizin risk edə biləcəyiniz əlavə pulunuz yoxdursa, analitiklər sizə çox güman
ki, haqqında səthi biliklərə sahib olduğunuz sahələrə pul vəsaitinin
yatırılmasının mənasız olduğunu söyləyəcəklər. Hətta bu sahənin professionalları
belə, rəqəmsal portmanata edilmiş hacker hücumları və digər səbəblərə görə
külli miqdarda pul itiriblər.
Lakin həmin analitik və mütəxəssislərə kim qulaq
asır? Amerikanın CNBC kanalı bildirib ki, öz yeganə evlərini girov qoyaraq
bitcoin almaq üçün kredit götürən bir sıra investorlar peyda olub. Digərləri isə
bitcoin alışı üçün öz kredit kartlarından istifadə edirlər. İnvestorların
Şimali Amerika assosiasiyasının (NASAA) prezidenti Joseph Borg bu kriptovalyuta
ətrafında olan dəlisovluqdan danışıb.
Borg-un sözlərinə əsasən fyuçerslərin
bitcoinlə hərracına start verilməsi kriptovalyutanı maliyyə trendinə keçirdir.
Bu o demək deyil ki, kriptovalyuta hansısa dəyərə sahib oldu və sabahkı gündə o
partlamayacaq. Həmçinin o qeyd edib ki, bu kriptovalyuta hələki heç cür tənzimlənmir.
Belə ki, heç kim bunun necə ediləcəyini bilmir. O belə bir nəticəyə gəlib ki,
bitcoinin əsasında duran blockchain texnologiyası yox olmayacaq. Lakin
bitcoinin, özünə bu cür qeyri-sağlam marağın təzyiqinə dözə biləcəyi sual
altındadır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
