İnsanlara Mars planetində baza lazımdırmı?

İnsanlara Mars planetində baza lazımdırmı?

Texnologiya
24.11.2017 PAYLAŞIM

Elon Musk Mars planetinə raket göndərmək niyyətindədir. NASA isə həmin planetin kolonizasiya strategiyasını hazırlayır.

Bütün bu planlar məşhur astrofizik Stephen Hawking-in, insanların yaşayışı üçün yeni planetin tapılması çağırışları ilə üst-üstə düşür. Lakin bir çox mütəxəssislər Marsda bazanın yaradılması məsələsinə skeptik yanaşırlar. Bu barədə Futurism saytı xəbər verib. ABŞ-ın Planetoloji İnstitutunun baş elmi əməkdaşı Amanda Hendrix düşünür ki, Mars planetinin kolonizasiya məsələsinin əsas problemi radioaktivlikdir. Onun fikrincə Yer kürəsinin yaxın qonşusu olan Mars elmi təcrübələrin və texnoloji testlərin aparılması üçün yaxşı yerdir. Lakin bunun üçün orda uzun müddət qalmağa ehtiyac yoxdur. Qısa müddətlik uçuşlar tamamilə kifayət edir.



Miçiqan Universitetindən olan Aaron Ridley-nin sözlərinə əsasən Marsda koloniyanın yaradılması bahalı və texniki nöqteyi cəhətdən qəliz məsələ olacaq. Mars planeti elmi nöqteyi cəhətdən maraqlı obyektdir. Lakin heç bir məlumat ordakı bazanın tikilməsi və daimi olaraq həmin bazanın dəstəklənməsi xərclərini üstələyə bilməz. Bununla yanaşı həmin bazanın yaradılması insanlığın hal hazırda olan problemlərini həll edə bilməz. Məsələn insanların planetə köçürülməsi. Baxmayaraq ki, Mars və Aya uçmaq arzusu bir çoxlarında var, kosmik turizm sözün əsl mənasında planetlərarası uçuşlara olacaq astronomik xərcləri kompensasiya edə bilməz.

Beləliklə o, mütəmadi bazanın yaradılması üçün iqtisadi əsas kimi götürülə bilməz. Mars planetində faydalı qazıntıların aparılması da çətin ki, daimi bazanın yaradılmasına təsir göstərsin. Planetoloq Chris McKay düşünür ki, Marsda ola biləcək bazalar 1955-1990-cı illərdə Antarktik bazalar ölçüsündə dövlət elmi tədqiqat stansiyaları şəklində olmalıdırlar. Çox güman ki, Ayda daimi baza Mars planetindəki bazadan daha tez yaradılacaq. Bununla belə hamı etiraf edir ki, həyatın, zəngin geoloji tarixin və terraformalaşdırma perspektivinin mövcud olması səbəbilə Mars planeti elmi nöqteyi cəhətdən daha maraqlıdır. Alimlərin göstərdikləri maraq həledici faktor olsaydı, artıq həmin planetdə çoxdan baza quraşdırılardı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×