main-post-cover

    'İnsanlığın gələcəyi 9 şirkətdən asılıdır'

    Elm & Texnologiya
    29.01.2019
    Farid Pardashunas
        Robotlar hələki müstəqil şəkildə düşünməyi və qərar qəbul etməyi bacarmırlar. Lakin onlara artıq uzun illərdir ki, azad iradə, arzular və məqsədə çatmaq kimi keyfiyyətləri aid edirlər. Buna baxmayaraq süni zəkanın arxasında həmişə real insanlar dayanırlar. Söhbət, tərtibatçılardan və şirkət rəhbərlərindən gedir. İnsanlığın gələcəyi məhz həmin insanlardan asılıdır. Süni zəka mövzusunu müzakirə edən zaman insanlar çox zaman çox optimistik və ya antiutopik proqnozlar verirlər. Futuroloq və Nyu York Universitetinin professoru Amy Webb hər iki yanaşmanın düzgün olmadığını hesab edir. Bu barədə Hightech.plus saytı xəbər verib.
        Hər bir alqoritmin arxasında böyük şirkətlərin daxilində fəaliyyət göstərən insanlardan ibarət komandalar dayanır və hal hazırda süni zəka mövzusunu formalaşdıran bu cür 9 şirkət var. Həmin şirkətlərə Google, Microsoft, Amazon, Facebook, IBM, Apple, Baidu, AlibabaTencent daxildirlər. “Biz hər dəfə ağlımızda o faktı saxlamalıyıq ki, süni zəkanın gələcəyi bu 9 şirkətdən asılıdır və həmin 9 şirkəti diqqətli şəkildə nəzarət altında saxlamaq lazımdır” – deyə Amy Webb Davosda keçirilmiş Ümumdünya iqtisadi forumundakı çıxışı zamanı bildirib. Mütəxəssis bildirib ki, sözügedən 9 şirkət həm proqram təminatı həmdə hardware sahəsinə nəzarət edərək bütöv ekosistemlər üzərində idarəetməni əldə edir.
        Paradoks isə ondan ibarətdir ki, texnoloji şirkətlərin özləri də böyük təmsilçilərə tabe olurar. Məsələn ABŞ-ın böyük texnoloji şirkətləri Wall Street-ə, Çinin böyük texnoloji şirkətləri isə dövlətin özünə xidmət edirlər. Amy Webb insanları kənarda qalmamağa səsləyir. Əks halda həmin şirkətlər texnologiyalardan öz mənfəətləri üçün istifadə edəcəklər. İstifadəçilərin hüquqlarının və onların özəl məlumatlarının təhlükəsizliklərinin təmin olunmasına yönəlik nizamlayıcı tədbirlər görmək lazımdır. Bu halda süni zəka sahəsindəki ixtiralar yalnız cəmiyyətin xeyrinə olacaq. “Bu 9 şirkəti canilər kimi hesab etmək lazım deyil. Əslində onlar gələcək üzrə bizim ümidlərimizdir” – deyə Amy Webb əlavə edib. Bununla belə professorun fikrincə cəmiyyət və demokratiya texnoloji tərəqqi ilə bağlı hələ çoxlu imtahanlardan keçməli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər