main-post-cover

    İnsayder: ABŞ sanksiyalarına baxmayaraq Huawei yeni Kirin prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    06.01.2021
    Farid Pardashunas
        Keçən il ABŞ hökuməti Huawei-yə qarşı yeni sanksiyalar tətbiq etdiyindən Tayvanın TSMC şirkəti Huawei üçün Kirin prosessorlarının istehsalını dayandırmışdı. Lakin görünür, bu, Huawei üçün heç də problem deyil. Bu barədə Gagadget saytı xəbər verib. Teme ləqəbli məşhur insayder bildirib ki, şirkət yeni Kirin modeli üzərində çalışır və onun adı Kirin 9010 olacaq.
        Məlumata əsasən yeni Kirin prosessoru hal hazırda aktual olan Kirin 9000-i əvəzləyəcək. Bundan əlavə olaraq Kirin 9010 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bir neçə müddət bundan öncə TSMC şirkəti bildirmişdi ki, o, 2022-ci ilin ikinci yarısından 3 nanometrlik prosessorların istehsalını planlaşdırır. Kirin prosessorlarının istehsalı ilə yenidən TSMC şirkətinin məşğul olub-olmayacağı bilinmir.
        Hər halda Huawei şirkətinin hələ vaxtı var. Həmçinin Huawei şirkətinin ABŞ sanksiyaları problemini necə aradan qaldıracağı da bilinmir. Belə ki, istehsalat prosesində ABŞ texnologiyalarından istifadə edən istehsalçılara Huawei ilə əməkdaşlıq etmək qadağandır. TSMC da bu şirkətlər sırasında yer alır. Ola bilər ki, Huawei ABŞ sanksiyalarının yumşaldılmasına ümid edir. Belə ki, 20 yanvar tarixindən ABŞ-ın yeni prezidenti Joe Biden öz vəzifəsinə start verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər