İnsayderlər: Apple naqilsiz AirPods Max qulaqlığının daha ucuz versiyası üzərində çalışır
Elm & Texnologiya
06.01.2021
Farid Pardashunas
Keçən il Apple şirkəti AirPods Max adlı böyük ölçülü naqilsiz qulaqlığı təqdim etmişdi. Sözügedən qulaqlıq maraqlı özəlliklər ilə yanaşı yüksək qiymət göstəricisinə də sahibdir. Lakin insayderlərin verdikləri məlumata əsasən Apple şirkəti bu qulaqlığın daha ucuz versiyası üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Verilmiş məlumata əsasən AirPods Max-ın daha büdcəli versiyasının hazırlanmasında plastik materiallardan istifadə olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan versiyanın gövdəsi alüminium və paslanmaz poladdan hazırlanır.
Lakin plastik materiala keçid öz növbəsində qulaqlığın çəkisini aşağı salacaq və onu daha ucuz qiymətə satmağa imkan verəcək. Gözləntilərə əsasən büdcəli versiya 350$ qiymətində satılacaq. Bu isə aktual olan AirPods Max-dan 200$ ucuzdur. Çox güman ki, büdcəli versiya orijinal versiyanın sahib olduğu funksiyaları özündə qoruyub saxlayacaq. Söhbət, ətraf səs-küyün aktiv boğulması özəlliyindən, ətraf səslərin eşidilməsi üçün nəzərdə tutulmuş şəffaf rejimdən və qulaqlığın avtomatik yandırılıb/söndürülməsindən gedir. AirPods Max-ın büdcəli versiyasında daha hansı dəyişikliklərin olacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək