İnsayderlər: Apple şirkəti AirPods Pro-nun sadələşdirilmiş versiyası üzərində çalışır

İnsayderlər: Apple şirkəti AirPods Pro-nun sadələşdirilmiş versiyası üzərində çalışır

Texnologiya
16.12.2020 PAYLAŞIM

    Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti yeni AirPods modeli üzərində çalışır. Bu barədə The Elec saytı xəbər verib. Məlumatda qeyd edilib ki, hazırlanan yeni AirPods modeli AirPods Pro-nun sadələşdirilmiş versiyası olacaq. Sadələşdirilmiş qulaqlıq vakuum konstruksiyaya sahib olacaq və dizayn baxımından bir qədər fərqlənəcək. Sadələşdirilmiş versiyanın AirPods Pro-dan əsas fərqi ondan ibarət olacaq ki, o, ətraf səs-küyün aktiv boğulması sistemini əldə etməyəcək. Məlumata əsasən hazırlanan yeni AirPods modeli artıq bu il keyfiyyət yoxlanışından keçməlidir. Gələn ilin əvvəlində isə şirkət onun irimiqyaslı istehsalına start verməlidir.

    Sadələşdirilmiş AirPods modelinin gələn ilin ya birinci ya da ikinci rübündə satışa çıxacağı gözlənilir. Məlumata əsasən sadələşdirilmiş model adi AirPods Pro-dan 20% daha ucuz qiymətə satılacaq. Bundan əlavə olaraq The Elec qeyd edib ki, Apple şirkəti keçən il AirPods Pro-nun satışa çıxmasından sonra onun sadələşdirilmiş versiyasını təqdim etməyə hazırlaşırdı. Lakin Pro modelə olan böyük tələbat səbəbilə şirkət sadələşdirilmiş modeli bir qədər təxirə salmalı oldu. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət AirPods Max adlı böyük ölçülü professional qulaqlığı təqdim etmişdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×