İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcəyini söyləyiblər

İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcəyini söyləyiblər

Texnologiya
20.11.2020 PAYLAŞIM

    Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. Trend Force analitik şirkətinin mütəxəssislərinin təqdim etdikləri hesabatda qeyd olunub ki, Apple şirkəti gələcək məhsulları üçün prosessorların istehsalı üzrə texnoloji prosesin təkmilləşdirilməsini planlaşdırır. Bununla yanaşı hesabatda şirkətin nə zaman 4 nanometrlik mobil prosessorlara keçid edəcəyi barəsində məlumat da yer alıb.

    Bu barədə Gizmochina saytı xəbər verib. Analitiklərin məlumatlarına əsasən Apple şirkəti hal hazırda tayvanın TSMC şirkəti ilə əlaqələrini genişləndirir. TSMC şirkəti isə N5P normaları üzrə Apple A15 Bionic mobil prosessorlarının istehsalı ilə məşğul olacaq. 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq Apple A15 Bionic prosessorunun istehsalına gələn ilin üçüncü rübündə start veriləcəyi gözlənilir.


    Bununla yanaşı güman olunur ki, 2022-ci ilə kimi Apple şirkəti TSMC ilə birlikdə 4 nanometrlik prosessorların istehsalına keçid edəcək. Beləliklə Apple A16 Bionic prosessorunun 4 nanometrlik texnoloji proses əsasında hazırlanacağı gözlənilir. Heç istisna deyil ki, bu dəyişiklik həmçinin Apple noutbukları üçün nəzərdə tutulmuş Apple M1 adlı ARM prosessor seriyasını da əhatə etsin.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edi..

Google şirkəti Chrome brauzeri üçün böyük yenilənmə təqdim edib. Tərtibatçıların sözlərinə əsasən Ch..


Koreyalılar Hyperloop sistemi daxilində sərnişin kapsulunu səs sürətinə yaxın sü..

Bir neçə gün bundan öncə Virgin Hyperloop şirkəti ilk dəfə olaraq daxilində sərnişinlərin olduğu Hyp..


Apple M1-ə inteqrasiya olunmuş qrafika Nvidia ilə AMD-nin desktop videokartların..

İnternetdə M1 prosessoruna inteqrasiya edilmiş qrafikanın test nəticələri ortaya çıxıb.


SpaceX-in Crew Dragon kosmik gəmisi BKS-ə ilk daimi reysi reallaşdırdı (VİDEO)..

SpaceX şirkəti daxilində 4 nəfər astronavtın olduğu Crew Dragon kosmik gəmisini uğurla Yer kürəsnin ..


BMW şirkəti şəhəriçi elektrikli motosiklet konseptini yaradıb (VİDEO)

Son zamanlar BMW şirkəti elektrikli avtomobillər ideyasına çox diqqət ayırır. İndi isə şirkət gələcə..

×