
İnsayderlər: Apple şirkətinin yeni CPU ilə GPU-ları bazardakı bütün analoqlardan daha güclü olacaqlar
Elm & Texnologiya
08.12.2020
Emil
Bir çoxlarının skeptik fikirlərinə baxmayaraq Apple şirkəti öz rəqiblərinin prosessorlarından geri qalmayan və hətta performans və enerji effektivliyi baxımından bəzi modelləri üstələyən desktop prosessor yarada bildi. Bloomberg saytının verdiyi məlumata əsasən yaxın zamanda şirkət bu məsələdə daha da təəccübləndirəcək. Belə ki, verilmiş məlumata əsasən hal hazırda Apple şirkəti yeni nəsil desktop prosessorların hazırlanması üzərində çalışır. 2021-ci ildə şirkət öz prosessoruna sahib MacBook Pro və müxtəlif konfiqurasiyalara sahib iMac təqdim edəcək.
Bununla yanaşı şirkət gələn ilin həm əvvəlində həm də sonunda yeni kompüter modellərini təqdim edəcək. 2022-ci ildə isə fərdi ARM prosessora sahib olacaq güclü Mac Pro təqdim olunmalıdır. Məlumatda qeyd olunub ki, Apple 20 nüvəli prosessor üzərində çalışır. Onlardan 16-sı yüksək performanslı nüvə, 4-ü isə enerji effektivliyi nüvəsi olmalıdır. Həmin prosessorun təqdim olunmasına qədər şirkət həmçinin 8 və 12 nüvəli prosessorlar da təqdim edə bilər. Bununla yanaşı stolüstü Apple kompüterləri üçün 32 nüvəli əsl canavar hazırlanır.
Bu prosessor isə bazarda mövcud olan bütün prosessorlardan daha güclü olmalıdır. Məlumata əsasən Apple GPU özəlliyini də yaddan çıxartmır. Belə ki, şirkət öz gələcək flaqman noutbukları ilə orta səviyyəli stolüstü kompüterlərini 16 və 32 nüvəli GPU-lar ilə təchiz etməlidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, şirkətin M1 adlı prosessoru 8 nüvəli qrafik çip ilə təchiz olunub. Şirkətin flaqman stolüstü kompüterlərinə gəldikdə isə onlar 64 və hətta 128 nüvəli GPU-lar əldə edə bilərlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
