İnsayderlər: MediaTek şirkəti Dimensity seriyasına daxil olacaq yeni flaqman prosessor üzərində çalışır

İnsayderlər: MediaTek şirkəti Dimensity seriyasına daxil olacaq yeni flaqman prosessor üzərində çalışır

Texnologiya
19.01.2021 PAYLAŞIM

    Son zamanlar bazarda ən böyük prosessor istehsalçılarından birinə çevrilmiş MediaTek şirkəti artıq sabah yeni flaqman mobil prosessorunu təqdim edəcək. Yeni flaqman prosessor Dimensity seriyasına daxil olacaq. İndi isə məlum olub ki, MediaTek şirkəti Dimensity 1200 ilə yanaşı həmçinin daha təkmilləşdirilmiş flaqman mobil prosessor üzərində çalışır. Bu barədə 4pda saytı xəbər verib. Verilmiş yeni məlumata əsasən şirkət hələki Dimensity 1200 və onun daha sadə versiyası olacaq Dimensity 1100 prosessorlarını təqdim edəcək.

    Qeyd etmək lazımdır ki, Dimensity 1100-də nüvələrin tezlikləri 2.6 GHz-ə endirilib. Bununla belə o, 108 MP-lik kameraların və 144 Hz-lik təsvir yenilənməsinə sahib ekranların dəstəyini də əldə edəcək. MediaTek-ə yaxın olan mənbələrin verdikləri məlumatlara inansaq, şirkət 5 nanometrlik prosessorların istehsalı üzrə əlavə sifarişlərə sahibdir. Sifarişçilər arasında isə OPPO, Vivo Honor kimi şirkətlər var. Daha təkmilləşdirilmiş flaqman prosessorun bu ilin 4-cü rübündə təqdim olunacağı gözlənilir. Güman olunur ki, söhbət, X2A79 nüvələrinə sahib olacaq Dimensity 2000 prosessorundan gedir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×