
Instagram-a ikili arxa kameraların funksiyası gəlir
Elm & Texnologiya
07.03.2018
Emil
Instagram tətbiqinin kodlarında fotolar üçün portret rejimi haqqında məlumatlar aşkar edilib.
Görünür, bu məşhur servisə
insanların və ya hansısa obyektlərin əks olunduqları fotolarda arxa fonun bulanıq
effektinə düşməsi funksiyaı əlavə olunacaq. Bu barədə Techcrunch saytı xəbər
verib. Yeni funksiyanın hətta ikonu da hazırdır. Qeyd etmək lazımdır ki,
hal-hazırda sözügedən effekti əldə etmək üçün bir çox smartfonlar ikili arxa
kameradan istifadə edirlər. Lakin məsələn Pixel 2 smartfonu həmin effekti bir ədəd
kamera ilə əldə edir. Təbii ki, Instagram servisi bu effekti əldə etmək üçün
sadəcə olaraq neyroşəbəkədən istifadə edə bilər.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
