main-post-cover

    Instagram'a qrup videoçat funksiyası gəldi

    27.06.2018
    Farid Pardashunas
        Məşhur Instagram servisinin yenilənmiş versiyasına qrup videoçatları funksiyası əlavə olundu. Məlumata əsasən yeni funksiya sayəsində istifadəçilər Instagram Direct vasitəsilə bir nəfərlə və ya qrup şəklində videoçatlar yarada bilərlər. Bununla belə istifadəçilər öz dostlarına hətta telefon nömrəsi olmadan da zəng edə biləcəklər. Qrup videoçatında maksimum 4 nəfər iştirak edə bilər. İstifadəçi ilk öncə Instagram Direct-də 4 nəfərdən ibarət qrup yaratmalıdır və yalnız bundan sonra qrup videoçatını etmək mümkün olacaq. Bundan əlavə olaraq qrup videoçatını edəndən sonra sistem avtomatik olaraq istifadəçilərə qoşulmaq təklifini göndərəcək. Videoçatın keçirilməsi üzrə isə vaxt limiti yoxdur. Bundan əlavə olaraq keçirilən videoçatın ölçüsünü kiçiltmək də olar. Beləliklə istifadəçi videoçatda qalaraq Instagram-da digər işlərini görə biləcək. Bundan əlavə olaraq istifadəçilər bundan sonra Instagram-ın axtarış bölməsində onlara maraqlı olan mövzular əsasında axtarış apara bilərlər. Məsələn idman, səyahət, incəsənət, musiqi və s.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər