'Instagram' Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi
06.01.2019
Farid Pardashunas
"Azercell Telekom” MMC-nin rəsmi "İnstagram” səhifəsi www.instagram.com/azercell
təsdiqlənmiş (verified) statusuna layiq görülüb. Qeyd edək ki, Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell Instagram-ın bütün verifikasiya meyarlarına cavab verdiyi, Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına əməl etdiyi üçün səhifənin təsdiq nişanını alıb. Azercell-in Instagram səhifəsinin hazırda 70 mindən çox izləyicisi var. Sosial media sahəsində daima yeniliklərə imza atan şirkət olaraq Azercell-in ümumilikdə Facebook, Twitter və Instagram rəsmi səhifələri də daxil olmaqla sosial şəbəkələrdə 600 000-ə yaxın istifadəçisi var. Onlar sosial şəbəkənin imkanlarından istifadə edərək, 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilirlər. Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı, sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.
Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında məhz “Azercell Telekom” MMC ilk dəfə 2008-ci ildə Facebook platformasında, bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində və 2012-ci ildə isə Instagram-da rəsmi səhifəsini yaradıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)