'Instagram' Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

'Instagram' Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

06.01.2019 PAYLAŞIM

"Azercell Telekom” MMC-nin rəsmi "İnstagram” səhifəsi www.instagram.com/azercell təsdiqlənmiş (verified) statusuna layiq görülüb. Qeyd edək ki, Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell Instagram-ın bütün verifikasiya meyarlarına cavab verdiyi, Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına əməl etdiyi üçün səhifənin təsdiq nişanını alıb. Azercell-in Instagram səhifəsinin hazırda 70 mindən çox izləyicisi var. Sosial media sahəsində daima yeniliklərə imza atan şirkət olaraq Azercell-in ümumilikdə Facebook, Twitter və Instagram rəsmi səhifələri də daxil olmaqla sosial şəbəkələrdə 600 000-ə yaxın istifadəçisi var. Onlar sosial şəbəkənin imkanlarından istifadə edərək, 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilirlər. Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı, sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.

Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında məhz “Azercell Telekom” MMC ilk dəfə 2008-ci ildə Facebook platformasında, bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində və 2012-ci ildə isə Instagram-da rəsmi səhifəsini yaradıb.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×