Instagram'dakı yemək fotosu vasitəsilə həmin yeməyin reseptini təyin edən alqoritm

Instagram'dakı yemək fotosu vasitəsilə həmin yeməyin reseptini təyin edən alqoritm

Texnologiya
20.06.2019 PAYLAŞIM

    Instagram-da yemək fotoları uzun müddətdir ki, məşhur fotoservisin ən trend mövzularından biri sayılır. Lakin bu cür fotolar çox zaman həyata keçirilmiş reseptlərin yekun nəticələrini sərgiləyir və heç də həmişə həmin reseptlərin ətraflı təsvirlərini təqdim etmirlər. Beləliklə Facebook mütəxəssisləri istənilən fotodakı yeməyə baxaraq onun tərkibində hansı ərzaqların olduğunu təyin etməyi bacaran xüsusi alqoritmi təqdim ediblər.

    Recipe1M adlı süni zəka alqoritminin əsas özəlliyi ondan ibarətdir ki, o, yemək fotosunu generativ üsulla təyin edir. Tərtibatçıların sözlərinə əsasən bu neyroşəbəkə məlumatlar bazasında olan ərzaqlarla müqayisə əsasında fotoda əks olunmuş yeməkdə görünən ərzaqları təyin etməklə yanaşı həmçinin yeməyin bütün tərkibini proqnozlaşdıra və ərzaqların xarici görünüşlərinə əsasən onların hazırlanma qaydasını da təyin edə bilir. Daha sonra ərzaqların şifrələyicisi ilə əmrlər dekoderi resept üçün başlığı generasiya edir və cihazın ekranında yeməyin hazırlanması qaydası şəklində yekun nəticəni əks etdirir.

Bənzər xəbər


    Təyin etmək üçün nəzərdə tutulmuş baza alqoritmləri ilə müqayisədə Recipe1M adlı alqoritm həmçinin hazır məhsulların tərkibində olan qeyri-müəyyən ərzaqları da təyin edə bilir. Məsələn kruassanın tərkibində olan yağ kimi ərzaqları. Gələcək perspektivdə tərtibatçılar həmçinin bu neyroşəbəkənin kulinariya bacarıqlarına digər faydalı özəllikləri də əlavə etməyi planlaşdırırlar. Məsələn kaloriyaların hesablanması sistemi. Instagram istifadəçiləri üçün bu alqoritmin test mərhələsinin nə zaman olacağı barəsində məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×