main-post-cover

    Instagram Direct'ə stikerlər, Stories'ə isə karaoke funksiyası əlavə olunacaq

    22.04.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə tərtibatçı Jane Manchun Wong Instagram servisində istifadəçilərin öz paylaşımlarındakı bəyənmə saylarını gizlədə biləcəkləri barəsində məlumat vermişdi. İndi isə o, Instagram-ın test etdiyi yeni funksiyalar barəsində məlumatlar verib. Jane Manchun Wong-un öz Twitter hesabında paylaşdığı fotodan və yazdığı rəydən belə qənaətə gəlmək olar ki, yaxın zamanda Instagram Direct-də stikerlər göndərmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, stikerləri hələki yalnız Stories paylaşımlarına əlavə etmək mümkündür.

        Çox güman ki, bu, Facebook şirkətinin Messenger, Instagram və Whatsapp servislərinin bir ekosistemdə birləşdirilməsi planı ilə əlaqəli olan bir şeydir. Bundan əlavə olaraq tərtibatçı Instagram-a əlavə olunacaq daha bir funksiya ilə bağlı video da təqdim edib. Həmin videoda musiqi klipinə karaokedə olduğu kimi musiqi sözləri əlavə olunur. Təəssüflər olsun ki, Instagram-ın bu yeni funksiyalarının nə zaman istifadəyə veriləcəyi və ilk öncə hansı platformada aktiv olacağı barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala