Instagram Stories'ə musiqi əlavə etmək funksiyası təqdim olundu

Instagram Stories'ə musiqi əlavə etmək funksiyası təqdim olundu

Texnologiya
29.06.2018 PAYLAŞIM

    Instagram fotoservisi Stories paylaşımlarına fon musiqisinin əlavə olunması funksiyasını təqdim etdi. Stories paylaşımına musiqi əlavə etmək üçün sadəcə olaraq stikerlər bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədə musiqi ikonu yerləşəcək. Musiqi ikonuna klik edərək istifadəçi müxtəlif növ musiqilərdən ibarət yeni bölməyə keçid edəcək. Musiqi seçimini edəndən sonra  istifadəçi həmin musiqinin lazımi hissəsini kəsib Stories paylaşımına əlavə edə bilər.


Bənzər xəbər


    Musiqini həmçinin videoçəkiliş zamanı da əlavə etmək olar. Belə ki, videoçəkiliş düyməsinin altında xüsusi ikon yerləşəcək. Bu cür musiqi Stories paylaşımlarına baxacaq digər şəxslər isə seçilmiş musiqini eşidəcək, həmin musiqinin adını və onu ifa edən şəxsin adlarını stiker tərzində görə biləcəklər. Gələcəkdə musiqi bölməsinə bir çox yeni musiqilər əlavə olunacaq. Sözügedən yeni funksiya yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq. Bundan əlavə olaraq Instagram bildirib ki, gün ərzində 400 milyon istifadəçi Stories bölməsindən istifadə edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Instagram-ın rəqibi Snapchat-dakı Stories bölməsindən gündəlik 191 milyon istifadəçi istifadə edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×