main-post-cover

    Instagram yaradıcıları şirkətdən ayrılmaq qərarını elan etdilər

    25.09.2018
    Farid Pardashunas
        Məşhur Instagram servisinin yaradıcıları Kevin SystromMike Krieger, Facebook şirkətindən ayrılmaq qərarını elan ediblər. Bu barədə onlar servisin rəsmi bloqunda bildiriblər. Systrom və Krieger bildiriblər ki, onlar 8 il ərzində Instagram-da çalışıblar. Onlardan 6 ili isə Facebook daxilində keçib. Lakin onların Facebook-dan hansı səbəbə görə ayrılmaları qeyd olunmayıb. İndi isə onlar dincəlməyi və nələrin onları ilhamlandırdıqlarını öyrənməyi planlaşdırırlar.

        Qeyd etmək lazımdır ki, Kevin Systrom Instagram-ın CEO vəzifəsində, Mike Krieger isə texniki direktor vəzifəsində çalışırdı. Məlumata əsasən onlar şirkətdən ayrılmaq barəsində xəbəri 24 Sentyabr tarixində Facebook və Instagram rəhbərliyinə bildiriblər. Bloomberg-in verdiyi məlumata əsasən Instagram-ın təsisçilərinin şirkətdən ayrılmaqlarının səbəbi Mark Zuckerberg ilə fikir ayrılığı olub. Belə ki, son vaxtlarda Mark fotoservisin işinə həddindən çox qarışıb. Facebook 2012-ci ildə Instagram-ı 1 milyard dollara almışdı. Fotoservisin özü isə 2010-cu ildə təsis edilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər