
Son vaxtlarda internet fenomenlərinin sayının artdığını və yeni-yeni işlərini hər birimiz görürük. Vinerlər, Fashion və Food bloggerlər, Videobloggerlər və s. artıq sosial media həyatımızın bir hissəsi halına gəliblər. Bəs bu qədər sosial media fenomeni arasında bizi təəccübləndirəcək bir Kuklaya rast gəlmişik desək reaksiyanız necə olardı?
Kukla deyirəmee, sizə... Sofar Baku-dan tutmuş Technote Conferance-a, Yeni Fikirdən tutmuş – Aviasiya Universitetindəki yeni Texnoparka, Bakının hər küçəsini, hər restoranını, kafesini, tədbirini, universitetini və s. gəzən Kukla Şəmsəddin aləmi bir-birinə qatır. Kifayət qədər kütləni ətrafına toplayan, maraqlı paylaşımlar edən idarəçilər kimliklərini gizli saxlasalar da, Kukla Şəmsəddin elə Şəmsəddin olaraq insanların ürəklərini fəth edə bilir. Gəlin biraz Kukla Şəmsəddinin səhifəsinə ziyarət edək:
Technote 2.0 konfransında iştirak edən Kukla Şəmsəddin ilk dəfə o zaman diqqətimizi çəkmişdi.
Kuklamız eyni zamanda kitablara qarşı da çox diqqətlidir.
Kino izləməyi sevən Kukla Şəmsəddinin kinoteatra gedən əhaliyə sözü var!11!11!!
Yeyib-içən kukla yaman olmaaaaaz!Kuklamız həm də olduqca vətənpərvərdir...
Şərh yoxdur