Intel 5G'dən imtina edib: Şirkətin patentləri hərracda satılacaq

Intel 5G'dən imtina edib: Şirkətin patentləri hərracda satılacaq

Texnologiya
27.06.2019 PAYLAŞIM

    IAM adlı saytın verdiyi məlumata əsasən Intel şirkəti özünün patent portfoliosunun bir hissəsini hərracda satmağı planlaşdırır. Patentlərin böyük bir hissəsini isə 5G də daxil olmaqla naqilsiz mobil şəbəkə texnologiyalarını əhatə edir. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən Intel bu qərarı Qualcomm ilə Apple arasındakı 5G modem məsələsi üzrə bağlanmış müqavilədən sonra verib. Hərraca ümumilikdə 8500 patent satışa çıxarılacaq.

    Onlardan 6000-i 3G, 4G və 5G şəbəkə standartları ilə, 1700-ü naqilsiz şəbəkələr texnologiyası ilə, yerdə qalanları isə yarıkeçiricilər və elektron sənaye texnologiyaları ilə bağlıdır. Şirkətin patent portfoliosunun satışı smartfonlar üçün modem istehsalı biznesinin satışından ayrıca keçiriləcək. Lakin heç istisna deyil ki, marağı olan hansısa şirkət (məsələn Apple) hər iki tərəfi də alsın. Məlumata əsasən Intel bu məsələdə Apple ilə bir daha görüşmüşdü. Lakin keçirilmiş növbəti danışıqlar nəticəsində şirkət öz aktivlərini hissə-hissə satmağı qərara alıb.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×