
Intel Core Ultra prosessorlarının nə zaman təqdim olunacaqları rəsmi şəkildə açıqlanıb
Elm & Texnologiya
01.11.2023
Emil
Intel şirkəti Core Ultra (Meteor Lake) adlı seriyasının yeni prosessorlarının nə zaman təqdim olunacaqlarını rəsmi şəkildə açıqlayıb. Beləliklə şirkətin yeni prosessorları 14 dekabr tarixində baş tutacaq AI Everywhere adlı tədbir çərçivəsində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, bu tədbirin mərkəzi mövzusu prosessorlardakı süni zəka imkanları olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən Meteor Lake arxitekturası prosessorların texniki tərəflərinin süni zəka alqoritmləri ilə daha yaxşı çalışmalarına istiqamətlənib.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
