
Intel-in yeni yüksək performanslı prosessorunun bəzi özəllikləri ortaya çıxıb
Elm & Texnologiya
14.02.2024
Emil
Intel şirkəti hal-hazırda Intel Core i9-14900KS adlı yeni yüksək performanslı prosessor üzərində çalışır. İndi isə sözügedən prosessorun bəzi özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən prosessorun boost rejimdə çalışma tezliyi 6.2 GHz, standart rejimdə çalışma tezliyi isə 3.2 GHz təşkil edəcək. Bu yeni prosessor 24 nüvəli olacaq. Onlardan 8-i yüksək performanslı nüvə, 16-sı isə enerji effektivliyi nüvəsi olacaq. Bununla yanaşı Intel Core i9-14900KS özündə 36 MB-lıq L3 keş yaddaşını və 32 MB-lıq L2 keş yaddaşını birləşdirəcək. Məlumatda qeyd edilib ki, pik yüklənmə zamanı prosessorun enerji sərfiyyatı 410 vatt, adi çalışma zamanı isə 330 vatt təşkil edəcək. Intel Core i9-14900KS-in nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
