Logo
    main-post-cover

    Intel prosessorlarındakı kritik boşluq nəticəsində 100 milyonlarla istifadəçinin məlumatları təhlükə altında qala bilər

    Elm & Texnologiya
    04.01.2018
    Emil
    Təhlükəsizlik üzrə mütəxəssislər Intel prosessorlarında kritik boşluq aşkar ediblər.
    Bu boşluq son 10 ildə istehsal olunmuş kompüter və smartfonları əhatə edir. Bura həmçinin Windows, macOS Linux əməliyyat sistemi vasitəsilə çalışan kompüterlər də daxildir. Güman olunur ki, proqram təminatı yenilənməsi cihazın iş sürətinin 1/3 hissəsini zəiflədəcək. Bununla yanaşı “Intel” şirkətinin verdiyi məlumata əsasən təhlükə altında təkcə onun prosessorlarına sahib olan kompüterlər deyil həmdə AMD ARM sistemli kompüterləri də dayanıb.
    Aşkar olunmuş sistem boşluğu barəsində təfərrüatlar hələki sirr olaraq saxlanılır. Təhlükəsizlik üzrə mütəxəssislər bu barədə tam hesabatı Yanvar ayının sonunda verməyi düşünürlər. The Guardian saytının verdyi xəbərə əsasən bu boşluq Windows, macOS və Linux əməliyyat sistemi vasitəsilə çalışan bir çox Intel prosessorlarını əhatə edir. “Microsoft” da daxil olmaqla bir sıra şirkətlər tələsik şəkildə artıq proqram təminatları üçün təhlükəsizlik yenilənmələri hazırlayırlar. Linux və Windows üçün ilk yenilənmələr hətta təqdim də olunublar.
    Lakin onlar problemi tam olaraq aradan qaldırmırlar. Məlumata əsasən prosessorlardakı sözügedən boşluq sayəsində istifadəçi proqramları qorunan nüvə yaddaşını ələ keçirə bilirlər. Bu üsulla hackerlər cihazdakı login, şifrələri və ya digər gizli məlumatları əldə edə bilərlər. Mütəxəssislər bu boşluğu Meltdown adlandırıblar. İkinci boşluq isə Spectre adlanır. Bu boşluq sayəsində isə hackerlər düzgün işləyən tətbiqlər sayəsində gizli məlumatları əldə edirlər. Proqram təminatı yenilənməsi problemi aradan qaldıra bilər. Lakin bu öz növbəsində cihazın iş sürətini azaldacaq.
    Paylaş
    Bənzər xəbərlər