'Intel' şirkəti Vaunt adlı 'ağıllı' eynəyi təqdim etdi (VİDEO)

'Intel' şirkəti Vaunt adlı 'ağıllı' eynəyi təqdim etdi (VİDEO)

Texnologiya
06.02.2018 PAYLAŞIM

“Intel” şirkəti Vaunt adlı “ağıllı” eynəyi təqdim edib.

    Bu barədə The Verge saytı xəbər verib. Intel Vaunt eynəyinin çəkisi 50 qramdan azdır. Onun daxilində olan lazerlər isə istifadəçinin göz qişasına 400x150 piksel keyfiyyətli təsviri ötürürlər. Eynəyin sahib olduğu bütün elektronik detallar onun hər iki kənar hissəsində yerləşir. Buna görə də həmin elektronik detallar əyilə bilirlər. Buna bənzər smart eynəklər adətən çox sərt olurlar və onların kənar hissələrində batareyaların yerləşdiyindən həmin kənar hissələrin vəziyyətini dəyişmək olmur.



    Bundan əlavə olaraq lazerlər tərəfindən əks olunan təsvirlıər birbaşa istifadəçi gözünün qişasına ötürülür. Buna görə də istifadəçinin görmə qabiliyyətindən asılı olmayaraq təsvirlər dəqiq əks olunurlar. Şirkət bildirib ki, lazerlər tərəfindən əks olunan təsvirlər birbaşa göz qişasına ötürülsə də onlar gözlər üçün tamamilə təhlükəsizdir. Belə ki, lazerin gücü o qədər aşağı səviyyədədir ki, şirkət hətta bu texnologiyanı sertifikatlaşdırmayıb da.


    Vaunt hələki miktofon və səsgücləndirici kimi özəliklərə sahib deyil. O həmçinin Google Glass kimi xarici tərəfdən kameranı da özündə birləşdirmir. Xarici görünüşcə yeni smart eynək adi eynəyə bənzəyir. İlk öncə Vaunt bildirişlərin əks olunması üçün nəzərdə tutulub. Eynək Bluetooth vasitəsilə Android və ya iOS sistemli smartfona qoşulur. Şirkət bildirib ki, bu eynək 18 saat avtonom rejimdə çalışa bilir. Bu il şirkət eynəklər üçün tətbiqlərin hazırlanması baxımından tərtibatçılara şərait yaradacaq. Vaunt-un təqribi çıxış tarixi və qiyməti barəsində isə heç bir məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×