İnternet sürətinizi yoxlayın: Speedtest v4.0

12.03.2018 0 PAYLAŞIM 636 OXUNMA

Bir çoxumuzun İnternet Provayderləri ilə bağlı problemlərimiz var. Belə ki, provayderlərin əksəriyyəti bizə vəd etdiyi internet sürətini tam şəkildə vermir.

    Biz də bizə verilən internet sürətini dəqiqləşdirmək üçün "Speedtest" kimi saytlardan istifadə edirik ki, hal-hazırda ən dəqiq göstərən və sadə interfeysə malik olan  Speedtest.Net saytıdır. "Ookla" şirkəti qurduğu saytın uğurlarını gördükdən sonra Android iOS üçün də mobil tətbiq hazırladı.

Yenilənmiş "Speedtest v4.0" mobil tətbiqi indi daha sadə interfeysə və müxtəlif funksiyalara malikdir.    




















    Yenilənmiş interfeysdə əsasən, tətbiq daha funksional və sadə şəkildə görünür. Ayrıca tətbiqdə ilk nəzərə çarpan yeniliklər internetin neçə % itirildiyini göstərməsi, istədiyimiz provayderi asanlıqla seçmək və s. kimi funksionallıqlardır. Mobil tətbiqi Play StoreApp Store-dan Speedtest yazaraq yükləyə bilərsiz.

Bəs siz öz internet provayderinizin vəd etdiyi sürətdən razısınızmı?