'İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq' Şirvanda

'İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq' Şirvanda

Texnologiya
20.11.2018 PAYLAŞIM

Azercell-in təşəbbüsü ilə 355 nəfərə internetdən təhlükəsiz istifadənin təlimi keçirilib.

Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu da təklif edirlər. Ölkəmizdə isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci ildə qüvvəyə minəcək.

Bənzər xəbər



Fəaliyyəti boyu uşaqların müdafiəsinə yönəlmiş çoxsaylı layihələr ilə çıxış edən “Azercell Telekom“ MMC də kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alaraq ötən ildən Bakı və regionlarımızın bir çox məktəblərində yüzlərlə şagird, müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərə başlayıb. Növbəti 3 günlük təlim Şirvan şəhəri 18 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideylərini əhatə edən təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. 355 nəfərin iştirakı ilə baş tutan təlimlərdə məktəblilər, onların valideynləri və müəllimlərinə şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyyələr, uşaqlar üçün yaradılmış resursların siyahıları, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunub. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.


Qeyd edək ki, Azercell şirkəti 2 il bundan öncə uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.

×