Logo
    main-post-cover

    İnternetdə Galaxy Fold 2-nin real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    19.12.2019
    Emil
        Çinin Weibo adlı sosial şəbəkəsində Samsung şirkətinin yeni qatlana bilən smartfon modelinin real fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Güman olunur ki, ortaya çıxmış fotolarda əks olunmuş smartfon məhz Galaxy Fold 2-dir. Fotolardan da görmək olar ki, smartfon ekranı üzərində Galaxy Note 10-da olduğu kimi ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşəcək. Bundan əlavə olaraq fotolarda smartfonun ikili arxa kamerasını, bildirişlərin əks olunacaqları əlavə ekranı və USB-C girişini də görmək olar.
        Ümmilikdə smartfon xarici görünüşcə yeni qatlana bilən Motorola RAZR modelinə bənzəyir. Qeyd etmək lazımdır ki, Galaxy Fold 2 smartfonu Bloom kod adına və SM-F700F model nömrəsinə sahibdir. Son məlumat sızıntılarına əsasən Galaxy Fold 2 6.7 və ya 6.8 düym ekrana və 25 vatt gücündə iki batareya ilə təchiz olunacaq. Batareyalardan birinin həcmi isə 900 mAh olmalıdır. Galaxy Fold 2-nin gələn ilin fevral ayında Galaxy S11 smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər