
İnternetdə inqilabi həll? Google şirkəti URL ünvanları əvəz edəcək texnologiya üzərində çalışır
Elm & Texnologiya
05.09.2018
Emil
Google Chrome brauzerinin tərtibatçılar komandası ünvanların
qeyd olunmasının daha təkmilləşdirilmiş versiyasını hazırlamaqla və ənənəvi
URL-dən imtina etməklə internetdə inqilab yaratmaq istəyir. Yeni texnologiya
əsasən saytların ünvanlarında dəyişikliklər edərək istifadəçi məlumatlarını
oğurlayan hackerlərin qarşısını almalıdır. URL 1990-cu ildə interneti yaratmış
Timothy Berners-Lee tərəfindən tərtib olunub. İlk vaxtlarda bu texnologiyadan
internetdəki faylların yerlərini təyin etmək üçün istifadə edirdilər.
Daha sonra
isə bütün saytlar bu texnologiyadan istifadə etməyə başladılar. Google şirkətinin
fikrincə saytların ünanlarının bu cür qeyd olunması üsulu artıq köhnəlib və o
təhlükəsiz deyil. Belə ki, bir çox smartfonlarda URL hissə tam olaraq görünmür.
Hackerlər isə rahatlıqla hansısa saytın ünvanını .com-dan .biz və ya .info-ya dəyişərək
istifadəçi məlumatlarını oğurlaya bilərlər. Google şirkəti bildirib ki, o,
saytların yeni identifikasiya üsulunu gələn ilin yaz fəslində təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
