İnternetdə Motorola'nın qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb

İnternetdə Motorola'nın qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb

Texnologiya
11.03.2019 PAYLAŞIM

    Motorola şirkəti artıq özünün qatlana bilən smartfon modeli üzərində çalışdığını təsdiqləyib. İndi isə həmin smartfon modelinin özəllikləri barəsində yeni məlumatlar ortaya çıxıb. Əfsanəvi Motorola RAZR V3 smartfon modelinin müasir davamçısı olacaq smartfon barəsində məlumatları XDA-Developers saytının istifadəçiləri veriblər. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə təqdim olunmuş yeni məlumatlar Motorola şirkətinin qatlana bilən smartfonunun kiçik xarici və böyük daxili ekrana sahib olacağını təsdiqləyirlər.


Bənzər xəbər


    Xarici ekrandan sadəcə olaraq Moto Dsiplay, Moto ActionsMoto Camera kimi tətbiqlər üçün istifadə olunacaq. Burdan da belə qənaətə gəlmək olar ki, xarici ekranda bildirişlər, zaman, multimedia və kamera üzrə idarəetmə düymələri əks olunacaqlar. Tam açıq şəkildə xarici ekran sensorlu idarəetmə funksiyasını reallaşdıracaq. Bundan əlavə olaraq xarici ekranda smartfonun müxtəlif funksiyalarına sürətli keçidi reallaşdıracaq 6 ədəd düymə də yerləşə bilər.


    Smartfon qatlanmış vəziyyətdə olarkən aktivləşdiriləcək Google Assistant səsli köməkçisi zamanı xarici ekranda xüsusi animasiya əks olunacaq və istifadəçi öz istəyinə görə həmin animasiyanı deaktiv edə biləcək. Xarici ekranın yuxarı hissəsində həmçinin əsas kamera da yerlşəcək. Qapalı şəkildə həmin kameradan selfi kamerası kimi də istifadə etmək mümkün olacaq. Smartfonun daxilində daha bir kamera modulunun olub-olmayacağı bilinmir. Motorola şirkətinin qatlana bilən smartfonunun təqdimatının bu ilin yay fəslinin sonunda baş tutacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×