Interneti söndürə bilən 7 adam

16.06.2017 0 PAYLAŞIM 13498 OXUNMA

İnternetin açarı kimin əlindədir? Masonlar? İlluminati? Rockefeller ya da Rotschild? Yox bunlar deyil. Donald Trump deyir ki, internetin açarı Bill Gates-dədi amma onun bu mövzulardan başının çıxmadığını izah etməyimizə ehtiyac yoxdur yəqinki. Onda internetin açarı kimdədir? Dünya üzərində 7 fərqli dövlətdə yaşayan, 7 fərqli adamda. Cümləni ilk oxuyanda biraz Matrix-ə girişə oxşayır amma o qədərdə qəliz bir mövzu deyil. İnternet üzərində yarana biləcək fəlakət zamanı (terrorist qruplaşmaların webi ələ keçirməsi, nəhəng şirkətlərin hack olunması) vəziyyəti ələ almaq üçün beynəlxalq razılaşma əsasında belə bir birlik yaradılıb.

 
2010-cu ildə qurulan birlikdə dünyanın hər tərəfindən “keymaster”-lər yer alır

 

1.Paul Kane (Britaniya)

2.Dam Kaminsky (ABŞ)

3.Jiankang Yao (Çin)

4.Moussa Guebre (Burkina Faso)

5.Bevil Wooding (Trinidad və Tobago)

6.Ondrey Sury (Çexiya)

7.Norm Ritchie (Kanada)

Bu şəxslər ICANN-də (Təyin Olunmuş Adlar və Nömrələr Üçün İnternet Qurumu) çalışırlar və əsas işləri sizin internet təhlükəsizliyinizi təmin etməkdən ibarətdir. Hamının adını, yaxınlarını və məlumatlarını bilirlər. Amma bunun yaxşı bir səbəbi var. ICANN bütün məlumatları öz əlinə keçirib fake hesablarla real hesabları ayırır.

Ona görədə internetdə milyonlarla spam olsa belə bu ortalama istifadəçinin gündəlik gəzintisinə ciddi təsir etmir. İnternetin açarı məsələsinə gəldikdə isə, bu “açarlar” iki mərhələli yoxlanış mərhləsindən sonra açılan gizlin otaqlarda saxlanılır.

Əgər internetə restart vermək lazım olsa 7 nəfər bir yerə yığışmalı və 7 açarı birlikdə baza stansiyasına taxmalıdırlar. Bu yolun əsas məntiqi belə bir gücün tək bir adamın əlində cəmləşməsinə imkan verməməkdir. Yəni nə vaxtsa birdən hər yerdə inernet bağlansa işin nə yerdə olduğunu artıq bilirsiniz.