İnternetin mənbə kodu 5.4 milyon dollara satılıb

İnternetin mənbə kodu 5.4 milyon dollara satılıb

Texnologiya
01.07.2021 PAYLAŞIM

    Ümumdünya İnternet Şəbəkəsinin yaradıcısı Tim Berners-Lee 90-cı illərin əvvəllərində yaratmış olduğu WWW protokolunun mənbə kodunu bir neçə həftə bundan öncə hərracda satışa çıxartmışdı. Protokolun mənbə kodunun hərracda start qiyməti 1000$ təşkil edirdi. Lakin hərracın sonunda həmin mənbə kodu 5 milyon dollardan baha qiymətə satıldı. Qeyd etmək lazımdır ki, protokolun mənbə kodu NFT token şəklində satılırdı.

Tim Berners-Lee:


    Həmin NFT token özündə internet prototipinin 9555 sətr koddan ibarət faylını, Tim Berners-Lee tərəfindən yazılmış məktubu, kodun yazılmasını əks etdirən 30 dəqiqəlik videonu və rəqəmsal plakatı birləşdirib. Beləliklə sözügedən NFT token Sotheby’s adlı hərracda 5.4 milyon dollara satılıb. Hərrac 23 iyundan 30 iyun tarixinə kimi keçirilib. NFT tokenin əldə olunması üçün 50 sorğu göndərilmişdi. İnternetin mənbə kodunu özündə birləşdirən NFT tokeni almış şəxsin adı açıqlanmır. Hərracdan əldə olunmuş vəsaiti Tim Berners-Lee İT sahədə olan müxtəlif növ təşəbbüslərə yatırmağı planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..

×