main-post-cover

    IOI 2018-də komandların yarışı başladı [İlkin Nəticələr]

    03.09.2018
    Farid Pardashunas
        Məlumat verdiyimiz kimi, hazırda Yaponiyanın Tsukuba şəhərdə  30-cu dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadası keçirilir.
        Dünən Olimpiadının açılış mərasimi baş tutub. Son rəqəmlərə görə,  85 ölkədən 340 şagirdin iştirak etdiyi olimpiadanın əsas yarış hissəsi isə bu gün başlayıb.
        Qeyd edək ki, Yaponiyada yerli vaxtla səhər 09:00-dan etibarən start götürən yarışın artıq ilkin nəticələri də məlumdur. 
        Belə ki,  5 saat davam edən yarışın 1-ci günündə ilk pillədə Amerikanı təmsil edən Benjamin QI qərarlaşıb. İlkin göstəricilərə əsasən, Azərbaycanı təmsil edən Abutalıb Namazov minimum bürünc medalı qazandıracaq mərhələni keçməyə çox yaxındır. 
        Əlavə olaraq qeyd edək ki, yarış iki hissədən ibarətdir. İki gün sonra baş tutacaq yarışın ikinci mərhələsi həlledici mərhələ hesab edilir. İlkin mərhələdə yaxşı nəticə göstərə bilməyən iştirakçılar, həlledici mərhələdə göstəricilərini daha da yaxşılaşdıra bilərlər.
        Azərbaycan bu yarışda 4 nəfər şagirdlə təmsil olunur. Yarış gününə qədər şagirdlər Azərbaycanda Təhsil Nazirliyi tərəfindən Azercell-in dəstəyi ilə təlim prosesindən keçiblər.
        Şagirdlərə rəhbərlik edən Ramin Mahmudzadə Technote.az-a açıqlamasında bildirib ki, ilk turdan sonra nəticələr barədə  konkret danışmaq doğru olmazdı. 
    Onun sözlərinə görə, əsas həlledici mərhələ qarşıdadır:
    "İkinci turda daha yaxşı nəticələr əldə edəcəyimizə inanırıq. Hal-hazırda ikinci tur üçün daha yaxşı nəticələrin əldə olunmasına fokuslanmışıq. Ümid edirik ki, birinci turda baş verən texniki problemlər, həlledici mərhələdə yaşanmayacaq".   
        Sentyabrın 8-dək davam edəcək IOI 2018 - Beynəlxalq İnformatika Olimpiadasının növbəti və həlledici yarış günü sentyabrın 5-də keçiriləcək.
        Son olaraq əlavə edək ki, Beynəlxalq İnformatika Olimpiadası gələn il Azərbaycanda keçiriləcək.
        Technote Media olaraq Azercell-in dəstəyi ilə Yaponiyanın Tsukuba şəhərindən ən son məlumatları operativ  olaraq sizlərlə paylaşacağıq. 
        
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər