main-post-cover

    IOI 2019 bayrağı Azərbaycana təqdim olundu

    09.09.2018
    Farid Pardashunas
        Sentyabrın 1-dən davam edən Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Technote.az bildirir ki, sentyabrın 7-də Olimpiadanın bağlanış mərasimi baş tutub.
        Məlumat verdiyimiz kimi , IOI 2018 bu il Yapniyanın Tsukuba şəhərində keçirilirdi. Tədbirdə yarışın yekun nəticələri də açıqlanıb. Belə ki, nəticələrinə görə, milli komanda üzvlərimiz medal əldə edə bilməsələr də, nəticələrini əvvəlki illərə nisbətən yüksəldiblər. Qeyd edək ki, yarışda həmyerlimiz Abutalıb Namazovun bürünc mükafatı qazanmaq üçün cəmi bir neçə balı çatmayıb.
        Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın keçiriləcəyi ölkənin adı açıqlanıb. Bildirilib ki, 2019-cu ildə Beynəlxaq İnformatika Olimpiadası Azərbayanda keçiriləcək.Yarışda Azrəbaycanı Təhsil Nazirliyinin rəsmi nümayəndə heyəti müşayət edirdi. Bağlanış mərasiminin yekununda IOI rəsmiləri Beynəlxalq İnformatika Olimpiasdasının bayrağını təhsil nazirinin müavini Firudin Qurbanova təqdim ediblər.
            Bununla da, 2019-cu ilə Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda təşkil olunacaq.
        Ölkəmiz bu Olimpiadada növbəti 25-ci iştirakı ilə yanaşı, həm də ev sahibi olacaq. Onu da bildirək ki, 2019-cu ildə təşkil olunacaq IOI-da dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir.
        Şagirdlərin Yaponiyada olan Olimpiadada iştirakı Təhsil Nazirliyi tərəfindən təmin olunub və Olimpiadaya qədər hazırlıq Təhsil Nazirliyinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilib.
        Azərbaycan bu Olimpiadada 1994-cü ildən mütamadi iştirak edir və bu dövr ərzində ölkəmiz 1 gümüş və 4 bürünc olmaqla 5 medal əldə edib.
        Xüsusi vurğulayaq ki, bu ilk dəfə Azərbaycan mediası olaraq Yaponiya səfərində şagirdlərimizin yanında olduq və baş verən hadisələri operativ sizlərə bölüşdük. Media səfərimizin əsas dəstəkçisi və tərəfdaşı isə Azercell şirkəti oldu.
        Təbirdən ən maraqlı şəkilləri sizlərə təqdim edirik:



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər