main-post-cover

    iOS 11 ilə gələn yeniliklər

    14.09.2017
    Farid Pardashunas
    4 aylıq beta mərhələsindən sonra tam yenilənmiş və xətaların azaldıldığı yeniliyin hansı cihazlara gələcəyi də bəllidir. Bu məqalədə əməliyyat sistemin yeni versiyası bizə nə gətirəcək, ondan söhbət açacağıq. iOS 11 ilə gələcək yenilikləri 2 mərhələdə izah edəcəyik. 1-cisi sadəcə iPhone X cihazına xas olacaq xüsusiyyətlər, digəri isə Apple iPhone cihazının qalan modellərinə xas olacaq xüsusiyyətlər barədə olacaq.

    iPhone X üçün xüsusi özəlliklər

    iOS 11 özündə bir çox yenilik cəmləşdirir ki, bu xüsusiyyətlərə hətta iPhone 8iPhone 8 Plus cihazında belə rast gələ bilməyəcəksiniz.
    Portrait Lighting adlı yeni funksiya ilə portret rejimində çəkilmiş şəkilləri xüsusi effektlərlə çəkə bilərsiniz. Belə ki, Kamera proqramı iPhone X modelinin iki lensli dərin sensorlu kameralarından istifadə edərək şəkil çəkilən ərazinin işığını ona uyğun dəyərləndirir və arxa fona xüsusi rəng və blur tonu verir. 
    Face İD – yəni üz tanıma sistemi və ana düymə əvəzinə bir toxunuşla ekranı sürüşdürərək blokdan açmaq xüsusiyyəti da sadəcə iPhone X üçün istifadə oluna bilinəcək. Face İD özünün biometrik sensorları ilə Touch İD`ni əvəzləyəcək və insanlara daha təhlükəsiz istifadə təqdim edəcək.
    Daha möhtəşəm yeniliklərdən biri də hərəkətli emojilərdir. Bu xüsusiyyət vasitəsilə siz emojilərlə səsli mesaj göndərərkən öz üz mimikalarınızı da əlavə edə bilərsiniz. Xüsusiyyət iPhone XiPhone 8`in yeni TrueDepth özəllikli kamerası ilə bütün üz əzələlərinizi təyin edir və animasiyanı sizin üz ifadənizə görə şəkilləndirir. Qeyd edək ki, bu xüsusiyyət Apple iMessage proqramına xas olacaq.

    iOS 11`in digər iPhone və iPad modellərindəki önəmli xüsusiyyətləri

    Az öncə qeyd etdiyimiz kimi, iOS 11 gələn həftədən iPhone 5S və üzərindəki modellər üçün yayımlanacaq. Bu yenilik xüsusilə iPad üçün daha önəmli olacaq, çünki başqa bir deyimlə çoxlu iş sistemi ilə əlinizdəki notebook`u əvəz edəcək. iPhone tərəfində isə daha müasir və yenilənmiş idarəetmə paneli bizi gözləyir. Apple Pay ödəmə sistemi daha da təkmilləşdirilib, Siri isə artıq daha ağıllıdır. 
    Yeni iPad Pro 10.5iPad Pro 12.9 iOS 11 sistemi ilə çoxlu iş sayəsində notebook`ları əvəz edəcək. Yeni sistem ilə iPad`larda MAC`larda olduğu kimi Dock mövcud olacaq və siz eyni anda bir neçə əməliyyatı yerinə yetirə biləcəksiniz. Pəncərələr arxa planda gizli olacaq, amma istədiyiniz vaxt pəncərələr arası keçid edə bilərsiniz.

    Bundan başqa iPad`lar üçün Drag and Drop (işarələ və yerləşdir) funksiyası aktiv olacaq. Bununla proqramları sürüşdürərək iki fərqli pəncərədə aça bilərsiniz. Həmçinin pəncərələr arası şəkil və hiperlinkləri də sürüşdürüb yerləşdirə bilərsiniz. 

    Daha bir xüsusiyyət isə iPhone 8 ilə gələcək olan AR (augmented reality – artırılmış reallıq) funksiyasıdır. Bununla siz real zamanda oyun oynaya, video çəkərkən xüsusi effetlərdən istifadə edə bilərsiniz. Eyni zamanda müxtəlif virtual reallıq funksiyalarından faydalanmaqla zövqünüzə uyğun işlər çıxara bilərsiniz.

    iOS 11 Apple Pencil adlı qələmini test edir. Apple Pencil ilə iPad`larda yazı yazıb, rəsm çəkə bilərsiniz. Hətta kilik ekranında belə Note (qeyd) proqramında yazı yazıb saxlaya bilərsiniz. Əlavə olaraq, qələm vasitəsilə PDF fayl və şəkillərdə sizə lazımlı hissəni seçib xüsusi rənglə işarələyə bilərsiniz.

    Apple iPad Pro 10.5 düym versiyasında iOS 11 ilə klaviaturada yeni xüsusiyyətlər qazandıracaq. Belə ki, artıq sizin klaviaturada ikinci pəncərəyə keçidə ehtiyacınız olmayacaq. Klaviatura hərflərin olduğu bölmədə rəqəm, simvol və digər elementləri də ehtiva edəcək. (Hal hazırda ikinci pəncəyə keçid labüddür)

    iMessage`da mesajlar daha əlavə yer tutmayacaq.
    Yeni iOS 11 ilə App Store tamamilə yenilənəcək
    iOS 11 ilə App Store iPhone və iPad`lar üçün daha özəl dizayna sahib olacaq. Bundan sonra marketin ana səhifəsi, kateqoriyaları, seçimlər daha detallı və gözoxşayıcı olacaq. Bununla yoxlamaq istədiyiniz proqramları kateqoriyasına görə rahatlıqla tapa biləcəksiniz.


    iOS 11 ilə İdarəetmə Paneli “kökündən dəyişir”
    iOS 11 yeni İdarəetmə Paneli ilə bir çox qısayolu özündə birləşdirir. Bunlara sistem tənzimləmələri, proqram qısayolları və musiqi idarəetməsi daxildir. Dizaynı tamamilə yenilənən İdarəetmə Paneli bundan əvvəlki versiyalara görə daha sürətli açılır və sizə geniş imkanlar verir. 

    Kilid ekranı və Bildiriş Mərkəzi artıq birləşir.

    Kilid ekranında artıq barmağınızı sürüşdürərək əvvəlki baxmadığınız bildirişləri görə bilərsiniz. Bu da sizə artıq heç bir bildirişi qaçırmamanız üçün şərait yaradacaq.

    Yeni kamera rejimləri

    iOS 11 özü ilə kamera üçün bir çox yenilik gətirəcək. Bunlardan biri şəkillərin yüksək keyfiyyətli DSLR`lə çəkilməsidir. Bundan başqa Apple portrej rejimdə çəkilən fotolara daha natural rəng və keyfiyyət bəxş edəcək kamera yeniliyini də iOS 11`də təqdim edəcək. Əlavə olaraq, artıq şəkilən şəkillər yeni standartlarda - HEIF (High Efficiency Image Format) və HEVC (High Efficiency Video Codec) ilə telefonun yaddaşına yazılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər