iOS 12.1.2-nin çıxmasına baxmayaraq Qualcomm Apple şirkətini günahlandırmağa davam edir

iOS 12.1.2-nin çıxmasına baxmayaraq Qualcomm Apple şirkətini günahlandırmağa davam edir

Texnologiya
18.12.2018 PAYLAŞIM

    Bugün Qualcomm şirkəti bildirib ki, iOS 12.1.2 əməliyyat sisteminin çıxmasına baxmayaraq Apple şirkəti məhkəmənin təyin etdiyi qadağanı pozur. Qeyd edək ki, 10 dekabr tarixində Çin məhkəməsi Qualcomm şirkətinin lehinə qərar çıxardaraq ölkə ərazisində müəyyən iPhone modellərinin satışına qadağa qoymuşdu. Lakin Apple şirkəti bildirmişdi ki, ölkə ərazisində bütün iPhone modelləri satılmağa davam edəcək. Daha sonra şirkət bildirmişdi ki, o, Qualcomm şirkətinin patent hüquqlarını pozmayan iOS əməliyyat sistemi yenilənməsini təqdim edəcək.

    Bugün isə Apple şirkəti xəbər verib ki, iOS 12.1.2 əməliyyat sistemi həqiqətən də bu dəyişiklikləri dəstəkləyir. Qualcomm şirkətinin təmsilçiləri isə öz növbələrində qeyd ediblər ki, bugünki iOS yenilənməsinin çıxmasına baxmayaraq Apple şirkəti məhkəmə tərəfindən təyin olunmuş qadağanı pozur. Şirkət hesab edir ki, Apple lazımi icazəni əldə etmədən Çin ərazisində iPhone modellərinin satışını davam etdirərək məhkəmə qadağasını pozur.

Bənzər xəbər


    “Bu əmrin mənasının kiçildilməsi üçün Apple şirkətinin etdiyi səylərə baxmayaraq heç şübhəsiz şirkət məhkəmə qadağalarını pozaraq hüquq sistemini inkar edir. Məhkəmə qərarından sonra Apple şirkətinin bəyanatları istifadəçiləri yanlış fikirlərə yönləndirmək üçün bilərəkdən edilmiş bir addımdır” – deyə Qualcomm şirkətinin baş hüquqşünası bildirib. Qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən təyin edilmiş qadağanın təfərrüatları məlum deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..


Porsche Design Acer Book RS | Video İcmal

Porsche Design Company və Acer-in birlikdə ərsəyə gətirdiyi biznes notebook. Premium seqmenti hədəfl..

×