iOS 13.1 əməliyyat sistemi iPhone XS və iPhone XR modellərini zəiflədir

iOS 13.1 əməliyyat sistemi iPhone XS və iPhone XR modellərini zəiflədir

Texnologiya
25.09.2019 PAYLAŞIM

    Apple şirkətinin yenilənmiş əməliyyat sistemi olan iOS 13.1 19 sentyabr tarixində işıq üzü görmüş iOS 13-ün bir sıra sistem boşluqlarını aradan qaldırsa da vacib bir problemi özü ilə gətirib. Belə ki, yenilənmiş əməliyyat sistemi olan iOS 13.1 iPhone XS iPhone XR modellərinin performanslarını bir qədər aşağı salır. Bu barədə Redmondpie.com saytı xəbər verib.

    Keçmiş iPhone modellərinin proqram təminatlarının zəiflədilməsi problemi ilə ilk dəfə istifadəçilər 2017-ci ildə qarşılaşmışdılar. Həmin vaxtda Apple şirkəti iPhone modellərinin zəiflədilməsini enerji sərfiyyatının aşağı salınması vasitəsilə batareyaların xidmət müddətlərinin yüksəldilməsi ilə əlaqələndirmişdi. İndi isə şirkət həmin mexanizmi keçən ilki iPhone modelləri üçün də aktivləşdirib.


    iPhone modellərinin zəiflədilməsinin qarşısını almaq üçün Apple şirkəti həmin modellərin batareyalarının dəyişdirilməsini məsləhət görür. Rəsmi Apple xidmət servisində bu cür prosesin qiyməti 79$ təşkil edir. İstifadəçilərin fərdi şəkildə batareyaları dəyişdirmək cəhdləri zamanı onlar sistem səhvi ilə qarşılaşa bilərlər. Nəticədə isə onlar öz smartfonlarındakı batareyalarda enerji sərfiyyatının monitorinqini keçirdə bilməyəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×