main-post-cover

    iOS 14 təqdimatdan öncə hackerlərin əllərində: Əməliyyat sistemi internetdə satılır

    Elm & Texnologiya
    23.05.2020
    Farid Pardashunas
        Tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2020 tədbirinin baş tutmasına 1 aydan az vaxt qalıb. Həmin tədbirdə iOS 14 də daxil olmaqla Apple şirkətinin əməliyyat sistemlərinin yeni versiyaları təqdim olunmalıdır. Məlumata əsasən hələ təqdim olunmamış iOS 14 əməliyyat sistemi bu ilin fevral ayında hackerlər, bloqqerlər və təhlükəsizlik sahəsindəki mütəxəssislər tərəfindən əldə olunmuşdu. Bu barədə Vice.com saytı xəbər verib.
        Məlumatda qeyd olunub ki, Çində kimsə tərtibatçılar üçün nəzərdə tutulmuş iPhone 11 smartfonunu bir neçə min dollar əldə edib. Əldə edilmiş smartfonda isə keçən ilin dekabr ayından quraşdırılmış iOS 14 əməliyyat sistemi olub. Daha sonra isə sözügedən əməliyyat sistemi bir neçə şirkətə satılıb. Vice.com saytının jurnalistləri bu məslə ilə bağlı araşdırma apararaq iOS 14-ün kopyasını əldə etmiş minimum 3 şəxs aşkar ediblər.

    Onlardan biri qeyd edib ki, sözügedən iOS 14 versiyası internetdə aktiv şəkildə satılır.

        Məsələn Twttter-də #AppleInternels hashtag-ı vasiəsilə bu mövzuda elanlar tapmaq olar. Bir neçə müddət bundan öncə iOS 14-də olacaq bəzi dəyişikliklər barəsində məlumatlar ortaya çıxmışdı. Onların arasında ana ekrana vidjetlərin əlavə olunması və smartfona quraşdırılmış tətbiqlərin alternativ siyahısı var idi. Çox güman ki, bu məlumatlar iOS 14-ün ilk versiyasının internetdə yayılması səbəbilə ortaya çıxıblar. Apple şirkəti öz növbəsində bu məsələyə fikir bildirməkdən imtina edir. Lakin Vice.com saytının jurnalistləri Apple şirkətinin bəzi əməkdaşları ilə görüşəndən sonra öyrəniblər ki, bu məlumat sızıntısı şirkət daxilində böyük səs-küyə səbəb olub. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər