
iOS 14-ü dəstəkləyəcək Apple cihazların siyahısı sızdırıldı
Elm & Texnologiya
08.05.2020
Nijat
Hər il olduğu kimi Apple ənənəyə sadiq qalaraq bir çox funksiyalarda birliktə yeni iOS versiyasını təqdim edir. Şirkət hal-hazırda iOS 14 üzərində işləyir və WWDC 2020 tədbiri zamanı yeni əməliyyat sistemini təqdim edəcək. iOS 14-ün çıxışı isə bu ilin sonlarında baş tutacaq.
iOS 14-ü dəstəkləyən Apple smartfon və planşetlərin siyahısı Apple Insider tərəfindən sızdırıldı!

iOS 14-ü dəstəkləyən iPhone modelləri:
iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, iPhone X, iPhone XS, iPhone XS Max, iPhone XR, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max
iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, iPhone X, iPhone XS, iPhone XS Max, iPhone XR, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max
iPadOS 14-ü dəstəkləyən iPad modelləri:
iPad Mini 5, iPad 5, iPad 6, iPad 7, iPad Air 3, 11 inç iPad Pro, 9,7 inç iPad Pro, 10,5 inç iPad Pro, 12,9 inç iPad Pro
iPad Mini 5, iPad 5, iPad 6, iPad 7, iPad Air 3, 11 inç iPad Pro, 9,7 inç iPad Pro, 10,5 inç iPad Pro, 12,9 inç iPad Pro
Lakin Apple-a yaxın olan mənbələrin dediklərinə görə iOS 14 əməliyyat sistemi iPhone SE, iPhone 6S və iPhone 6S Plus modellərini dəstəkləməyəcək. Çünki bu cihazlar artıq yeni əməliyyat sisteminin tələblərini ödəyəcək səviyyədə deyillər.
Həmçinin qeyd olunur ki, yeni iPadOS 14 sistemi iOS 14 kimi olmayacaq və bəzi iPad modelləri bu yenilənmə ilə birliktə son yenilənmə paketlərini almış olacaqlar. İddialara görə iPad Mini 4 və iPad Air 2 son yenilənməsini alan cihazlar olacaq. Technote olaraq qeyd edək ki, bu məlumatlar hələki Apple tərəfindən təsdiqlənməyib. Ola bilsin ki, siyahıda dəyişikliklər olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
