
Fransanın iPhonesoft saytı Apple şirkətinin hansı smartfon modellərinin iOS 14 əməliyyat sistemini əldə edəcəkləri barəsində məlumat verib. Verilmiş məlumatda qeyd edilib ki, iOS 14 əməliyyat sistemini iOS 13-ü əldə etmiş iPhone modelləri əldə edəcəklər. Beləliklə verilmiş məlumata əsasən iOS 14-ü əldə edəcək iPhone modelləri aşağıdakı kimidir:
- iPhone 11 Pro
- iPhone 11 Pro Max
- iPhone 11
- iPhone XS
- iPhone XS Max
- iPhone XR
- iPhone X
- iPhone 8
- iPhone 8 Plus
- iPhone 7
- iPhone 7 Plus
- iPhone 6s
- iPhone 6s Plus
- iPhone SE
- iPod Touch (7-ci nəsil).
Təbii ki, iOS 14-ü sentyabr ayında təqdim olunacaq iPhone modelləri və mart ayında təqdim olunması gözlənilən iPhone 9 (iPhone SE 2) da əldə edəcək. iOS 14 bu ilin iyun ayında keçiriləcək WWDC 2020 tədbirində təqdim olunacaq.
Şərh yoxdur