iOS 14.1.1-də yeni iPhone-nun sxematik fotosu aşkar edilib

iOS 14.1.1-də yeni iPhone-nun sxematik fotosu aşkar edilib

Texnologiya
21.03.2020 PAYLAŞIM

    iOS 14.1.1 əməliyyat sisteminin beta versiyasını əldə etmiş tərtibatçılar yeni Apple məhsullarının aşkar edilməsi üzrə əməliyyat sistemi yenilənməsini analiz etməyə davam edirlər. Qeyd etmək lazımdır ki, daha əvvəllər bu cür üsul ilə iPhone X, iPad ProAirPods Pro kimi məhsulların mövcudluğu aşkar edilmişdi. Beləliklə iOS 14.1.1-in analiz edilməsi nəticəsində tərtibatçılardan biri Apple şirkətinin yeni iPhone modelinin sxematik fotosunu aşkar edib. Maraqlısı isə ondadır ki, həmin sxematik fotoda əks olunmuş iPhone modelinin ekranında heç bir çıxıntı hissə yoxdur.

    Bu barədə Slashgear saytı xəbər verib. Apple şirkətinin smartfonları siyahısında iOS 14.1.1-də aşkar edilmiş smartfon dizaynına sahib bir model yoxdur. Sxematik fotoda diqqəti çəkən ən birinci özəllik ondan ibarətdir ki, smartfon ekranı üzərində ön kamera və digər sensor ötürücüləri üçün nəzərdə tutulmuş çıxıntı hissə yoxdur. Sxematik fotoda əks olunmuş iPhone modeli həmçinin nazik çərçivələrə də sahibdir.

Bənzər xəbər


    iOS 14.1.1-də həmçinin bu gələcək iPhone modelinin sahib olacağı bir sıra funksiyalar barəsində məlumatlar da aşkar edilib. Beləliklə aşkar edilmiş məlumata əsasən bu yeni iPhone modeli üçlü arxa kamera və aparat səviyyəsində LiDAR skaneri əldə edəcək. Sözügedən skaner isə AR tətbiqlərdən effektiv istifadə imkanını verəcək. Bundan əlavə olaraq məlumatda həmçinin Apple Pencil stilusunun şarjı üçün nəzərdə tutulmuş maqnit konnektoru da əks olunub. İnsayderlər əmindirlər ki, sözügedən sxematik foto iPhone 12 Pro Max smartfonuna aiddir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×