iOS istifadəçiləri tətbiqlərə Android istifadəçilərdən daha çox pul xərcləyirlər

iOS istifadəçiləri tətbiqlərə Android istifadəçilərdən daha çox pul xərcləyirlər

Texnologiya
09.07.2018 PAYLAŞIM

    Apple istifadəçiləri Android istifadəçilərdən fərqli olaraq online mağazalardakı tətbiqlərə daha çox pul xərcləməyə hazırdırlar. Bu cür nəticəyə App Annie saytı gəlib. Xəbər verilir ki, Android əməliyyat sisteminin bazardakı payı iOS-i üstələməsinə baxmayaraq tərtibatçılar öz tətbiqlərini ilk öncə iOS üçün çıxartmağa çalışırlar. App Annie saytının hesablamalarına əsasən Android bazarın 80%-ni əhatə edir. 2017-ci ildə isə bütün tətbiq yükləmələrinin 70%-i Google Play Store-un payına düşüb.


Bənzər xəbər


    Bununla belə App Store bütün tətbiq yükləmələri üzərindən gəlirin 66%-ni əldə edib. Tədqiqatçılar həmçinin son 5 il ərzində hər iki servisdə tətbiq satışının statistikalarını da təqdim ediblər. Nəticənin bu cür alınmasının dəqiq səbəbi açıqlanmayıb. Güman olunur ki, Apple cihazlarının qiymətləri baha olduğundan onların alıcıları online mağazada tətbiq alışı üçün pul xərcləməyi özləri üçün adi bir proses hesab edirlər. Digər tərəfdən bazarda çoxlu sayda büdcəli Android smartfonlar var. Onların istifadəçiləri həmin cihazların baza funksiyaları ilə yetinirlər və pullu tətbiqlərə ehtiyac duymurlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×