
iPhoen X Plus modelinin güman olunan fotoları sızdırıldı
Elm & Texnologiya
05.10.2017
Emil
Baxmayaraq ki, iPhone X hələ ki, satışa çıxmayıb, onun daha böyük ekrana sahib versiyası barəsində şaiyələr yayılmağa başlayıb.
iDropNews saytı, güman olunan iPhone X
Plus modelinin fotolarını təqdim edib. Təqdim olunmuş fotolarda 5.8 inç-lik çərçivəsiz
ekrana sahib standart iPhone X modeli və 6.4 inç-lik ekrana sahib iPhone X Plus
modeli əks olunub.

Fotolarda hər iki cihaz arasındakı fərqi görmək olar. Əvvəlki
məlumatlara əsasən 12 Sentybar tarixində “Apple”, iki ədəd iPhone X modelini təqdim
etməli idi. Onlardan biri 5 inç-lik ekrana, digəri isə 6 inç-lik ekrana sahib olmalı
idi. Lakin böyük ölçüdəki smartfonlara olan tələbata görə şirkət, orta ölçüdə
cihaz təqdim etdi.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
