main-post-cover

    iPhone 11-in DxOMark kamera nəticəsi yayımlandı: Rəqiblərindən geri qalır

    Elm & Texnologiya
    24.01.2020
    Nijat Hamid
            DxOMark kamera testləri edən bir qurumdur. Apple şirkətinin keçən ilki flaqman modellərindən olan iPhone 11-in kamera performansı gözlənildiyi kimi olmadı. DxOMark kamera testlərinin nəticələrinə görə iPhone 11, bir üst səviyyə olan iPhone 11 Pro Max-dan çox geri qalır. Telefon ümumi kamera performansına 109 xal aldı.

    iPhone 11, 110 xal alan Mi 9-un gerisində qalaraq, 2 il əvvəl çıxan Huawei P20-ilə eyni xalı topladı.

            iPhone 11, daha əvvəlki model olan XS Max-ı keçsə də (106 xal), 117 xal toplayan 11 Pro Max-ın çox gerisində qaldı. Buna ən əsas səbəb isə 11 Pro Max modelində olan 3-cü lensin standart modeldə olmaması göstərilir. Telefoto lensinin olmaması səbəbilə zoom(yaxınlaşdırma) performansı çox da yaxşı nəticə əldə etmədi, amma sürətli avtomatik fokus funksiyasının olması şəkil performansının 112 xal almasına səbəb oldu. 
    Linki kopyala