iPhone 11 Pro Max'ın maya dəyəri nə qədərdir?

iPhone 11 Pro Max'ın maya dəyəri nə qədərdir?

Texnologiya
30.09.2019 PAYLAŞIM

    Yeni iPhone 11 Pro Max artıq bir sıra testlərdən keçib. İndi isə Techinsights saytı sözügedən smartfonu hissələrə ayıraraq onun maya dəyərini öyrənib. Beləliklə mütəxəssislərin hesablamalarına əsasən yeni iPhone 11 Pro Max-ın maya dəyəri 490.5$ təşkil edir. Bu isə keçən ilki iPhone XS Max-ın maya dəyərindən daha yüksəkdir. Belə ki, keçən ilki iPhone XS Max-ın maya dəyəri 443$ təşkil edir. Buna baxmayaraq smartfonun istehsal qiyməti ilə onun satış qiyməti arasındakı fərq olduğu kimi qalır. Yəni smartfon ikiqat baha qiymətə satılır.


    Qeyd etmək lazımdır ki, iPhone 11 Pro Max-ın qiyməti 1099$-dan başlayır. Mütəxəssislər bildiriblər ki, sözügedən smartfonun ən bahalı hissəsi məhz üçlü arxa kameradır. Onun qiyməti 73.5$ təşkil edir. Növbəti ən bahalı komponentlər isə ekran (66.5$) və Apple A13 (64$) prosessorudur. Yeni iPhone-nun maya dəyəri özündə yalnız smartfonun daxili komponentlərinin qiymətlərini birləşdirir. Yəni smartfonun maya dəyəri göstəricisinə tədqiqat, reklam və s. kimi xərclər daxil deyil. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×