
iPhone 12 modelləri iPad Pro 2018 və iPhone 5 tərzində yeni dizayn əldə edəcəklər
Elm & Texnologiya
13.04.2020
Emil
Bloomberg saytı xəbər verib ki, Apple şirkəti öz yeni iPhone modellərində dizayn dəyişikliyini reallaşdıracaq. Qeyd etmək lazımdır ki, bu ilin payız fəlsində 4 ədəd iPhone 12 modelinin satışa çıxması gözlənilir. Onlardan 2-i adi iPhone 11 modelinin davamçıları, digərləri isə iPhone 11 Pro və iPhone 11 Pro Max modellərinin davamçıları olacaqlar. Məlumatda qeyd edilib ki, Pro modellərinin davamçılarının dizaynlarında dəyişiklik gözlənilir.
Beləliklə yeni flaqman smartfonlarda yumru formalı çevrələr əvəzinə paslanmaz poladdan hazırlanmış səthi kənarlar və iPad Pro 2018 modelindəki kimi yumru formalı bucaqlar əldə edəcəklər. Bundan əlavə olaraq Bloomberg saytı yeni iPhone modellərinin dizaynlarını iPhone 5 modelinin dizaynı ilə müqayisə edir. Yeni məlumata əsasən koronavirus pandemiyası səbəbilə iPhone 12 modellərinin satışları geciksə də onların təqdimatları payız fəslində keçiriləcək. Çox güman ki, bu, ənənəvi olaraq sentyabr ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
