main-post-cover

    iPhone 12 Pro-nun arxa panelinin sxematik fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    06.04.2020
    Emil Nəcəfov
        Yeni iPhone 12 smartfon seriyasının təqdimatına hələ çox vaxt qalsa da insayderlər seriyanın Pro modelinin sxematik fotosunu təqdim ediblər. Təqdim edilmiş sxematik fotoda iPhone 12 Pro modelinin arxa paneli əks olunub və beləliklə smartfonun sahib olacağı vacib bir özəlliyi sərgiləyib. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə sızdırılmış məlumat sızıntısına əsasən iPhone 12 Pro modeli bir neçə müddət bundan öncə təqdim edilmiş iPad Pro (2020) planşetinin vacib özəlliyini əldə edəcək. Söhbət, arxa kamera hissəsinə inteqrasiya edilmiş xüsusi radardan gedir.
        Məlumata əsasən ortaya çıxmış sxematik foto iOS 14 əməliyyat sisteminin tərtibatçılar üçün olan versiyasının kodunda aşkar edilib. Təqdim edilmiş fotodan da görmək olar ki, iPhone 12 Pro və iPhone 12 Pro Max modelləri kvadrat dizayna sahib arxa kamera ilə təchiz olunacaqlar. Beləliklə smatfonlar üçlü arxa kamera ilə yanaşı həmçinin LiDAR skaneri ilə də təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, bu skaner 5 metr məsafədə olan obyektlərə qədərki məsafələrin təyin edilməsi üçün nəzərdə tutulub. Bu cür radarın tətbiqinin əsas məqsədi isə artırılmış reallıq texnologiyasının funksiyalarının reallaşdırılması olacaq. 
    Linki kopyala